Bir gün bir adam qatarla səyahət edirdi. Adam bir gəncin yanında oturmuşdu. Ancaq gənc, çox narahat idi. Bir qədər söhbətdən sonra gənc neçə illər həbsdə olduğunu və həbsdən yeni çıxdığını dedi. Buna səbəb isə, gəncin illər əvvəl çox pis bir hərəkət etməsi idi. Üstəlik, onun bu hərəkəti ailəsinə də çox pis təsir etmişdi. Hətta, o qədər pis təsir etmişdi ki, nə biri bir görüşə gəlmiş, nə də biri bir məktub yazmışdı. Ancaq gənc, hələ də, ailəsinn yoxsul olduqları üçün görüşə gəlmədiklərini, savadsız olduqları üçün məktub yazmadıqlarını düşünürdü. Çünki nə qədər pis hərəkət etmiş olursa-olsun, ailəsi, yəqin ki, onu çoxdan bağışlamışdı. Buna görə də, ailəsinin «işini asanlaşdırmaq» üçün onlara bir məktub yazmış və onlardan qatar qəsəbələrinin yanındakı dağın ətəyindən keçəndə bir işarə qoymağı xahiş etmişdi. Yəni, əgər ailəsi onu bağışlasa, relsə yaxın bir alma ağacına ağ bir lent bağlayacaq, yox əgər bağışlamasa, heç bir şey etməyəcəkdi. O da qatarda qalıb üzü qərbə gedəcək və bəlkə də ömrünün sonuna kimi səfil bir həyat sürəcəkdi…
Qatar qəsəbələrinə yaxınlaşdıqca gəncin həyəcanı artır, hətta pəncərədən çölə baxmağa belə cəsarət etmirdi. Axırda adam onunla yerini dəyişmək və onun yerinə alma ağacına baxmaq istədiyini dedi. Bir dəqiqə sonra adam əlini gəncin çiyninə qoydu və göz yaşları ilə: «Artıq həyəcanlanmağa ehtiyac yoxdur, bütün ağac ağ lentlərlə doludur», — dedi. Bu vaxt artıq gəncin bütün ömrünü zəhərləyən ağrı-acılar da sanki çoxdan yox olub getmişdi...
P.S. "Əgər bağışlamasanız, sevə bilməzsiniz. Əgər sevməsəniz, bağışlaya bilməzsiniz"...
Tarix: 03.12.2014 / 13:46 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Maraqli Hekayeler