İmam Əzəmin də olduğu bir məclisdə biri belə bir sual verdi:
Bir adam ki cənnəti istəməz, cəhənnəmdən qorxmaz, ölü əti yeyər, rükusuz, səcdəsiz namaz qılar, görmədiyinə şahidlik edər, fitnəni sevər, haqqı istəməz, bu adam kafirdir, yoxsa mömin?
Məclisdə olanlar ağız birliyi etmiş kimi:
- Bunlar kafirin sifətləridir, belə bir adam da kafirin özüdür! - dedilər...
İmam Əzəm isə susurdu.
Dedilər:
- Ya İmam, Sən nə deyirsən?
İmam Əzəm dedi:
- Bunlar mömin sifətidir, belə biri də möminin özüdür.
Etiraz etdilər:
- Ya İmam, necə olar ki, mömin cənnəti istəməsin, cəhənnəmdən qorxmasın...
İmam tək-tək açıqladı:
- Gerçək mömin cənnəti istəməz, sahibini Allahını istər, cəhənnəmdən qorxmaz, sahibindən qorxar, ölü əti dediyiniz balıqdır, görmədiyinə şahidlik edər, çünki Allahı görməz amma qəti inanar, rükusuz, səcdəsiz etdiyi namaz cənazə namazıdır, fitnəni sevər, çünki fitnədə məqsəd mal-dövlət və övladdır (Quranda mal-dövlət və övladın möminlər üçün fitnə-imtahan olduğu ifadə edilmişdir), haqqı istəməz, çünki haqqı istəmək ölümdür, mömin də olsa ölümü xahiş etməz.
Tarix: 03.12.2014 / 16:30 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Maraqlı melumatlar