Allah-təala “Ali-imran” surəsi, 103-cü ayədə buyurur: “Hamılıqla Allahın ipinə möhkəm sarılın” Allaha doğru seyr-sülükda olan bəndələrin əxlaqi məqamlarından biri də, “etisam” məqamıdır. Yəni, Allah-təalanın inayətlərinə sarılamaq. Yusif (ə) gözəlsən. Bu dünya da quyu kimidir. Allahın hökmü ilə səbr kəndirdir. Ey Yusif! Kəndir gəldi. Əlini vur kəndirə. Kəndirdən qafil olma. Yersiz olar. Təbii aləm və maddi dünya bir quyu kimidir. İnsan seyri-nuzuli ilə (enən templə) bura gəlmişdir. Allahın ipinə və peyğəmbərlərin inayət ətəklərindən yapışmaqla özünü buradan qurtarmalısan.
Qurani-kərimdə bu dünyaya gələn hər bir şey barədə “nuzul” (enmək) və “tənzil” (endirmək) sözləri işlənmişdir. “Qədr” surəsi, 5-ci ayədə buyurulur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” “Duxan” surəsi, 3-cü ayədə buyurur: “Biz onu mübarək bir gecədə nazil etdik. Biz qorxuduruq!” Həmçinin, başqa şeylər barədə də bu ifadə işlənmişdir. Hətta dəmirin yaradılması barədə “Hədid” surəsi, 25-ci ayədə belə deyilir: “Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də nazil etdik.” Buna əsasən, Allah-təala insanı seyri-suudi (artan templə) yaratmışdır. Onu bu aləmə endirmişdir. Buna görə də, bu aləmdən üstün aləmlər vardır: “Fatir” surəsi, 10-cu ayə də buyurulur: “Pak söz Ona tərəf yüksələr və pak söz&¨ də yaxşı əməl qaldırar.” İzzət istəyən şəxs, pak sözlər ona doğru qalxır və saleh əməl onu ucaldır.
Bu ifadəyə əsasən, dünya zülmət və qaranlıq bir aləmdir. Doğurdan da münasib ifadədir. Elektrik kimi bəzi ixtiraların bu dünyanı işıqlandırması düşünülməməlidir. Çünki, minlərlə lampa insanın içini işıqlandıra bilməz. Qəlblərin işıqlanmasına səbəb olan Allahdır. “Nur” surəsi, 35-ci ayə də buyurulur: “Allah göylərin və yerin nurudur.” Çünki, həva-həvəs və şəhvətlət insanın daxilini doldurub. İnsanın bu zülmət quyusundan çıxmasına səbəb olacaq yeganə amil, Allah-təalanın inayətlər ətəyindən yapışmaqdır. Qurani-kərim bu z&¨lmətlərdən xilas olmağın yolunu bizə yaxşıca göstərib “İnşiqaq” surəsi, 6-cı ayə də buyurur: “Ey insan! Sən Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan!” Buna görə, yırtıcı heyvandan da yırtıcı olan nəfsi istəklərdən qaçmaq lazımdır. Əziyyət və çalışqanlıqla dözməklə Allaha doğru hərəkət etmək lazımdır.
Bizim müzakirəmiz bu məqamdadır ki, “etisam” mərhələsi nəfslə mübarizə meydanlarından böyük bir meydandır. Bu meydanda qələbə çalan o şəxsdir ki, bu kəndirlə özünü nəfsi istəklərdən xilas etsin. Əllamə Təbatəbayi Quranın mübarək ayələrinin bir neçəsindən diqqəti cəlb edən və insana təlim verən gözəl məqamlar əldə etmişdir. Quranın “Hicr” surəsinin 44-cü ayəsində buyurulur: “(Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər.” Mərhum Əllamə Təbatəbayi bu yeddi qapının nümunələrini axtarmaqla məşğul olmuşdur. Digər tərəfdən isə, Həzrət Əlinin (ə) bir dəstəyə belə xitab etdiyi nəql olunmuşdur: “Bilirsinizmi cəhənnəmin qapıları necə olacaqdır?” Dedilər: -“Cəhənnəmin qapıları bu dünyanın qapıları kimi olacaqdır”. İmam Əli (ə) ardınca buyurdu: -“Belə deyil. Cəhənnəmin qapıları dünya qapıları kimi deyil”.
Əllamə Təbatəbayi başqa ayələrə istinad edərək, bu yeddi qapını açıqlamışdır. Yasin surəsinin 65-ci ayəsinin “Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.” təfsirində buyurur: -“Bu ayədə cəhənnəm qapılarının üçü müəyyən edilmişdir. Birincisi ağızdır, belə ki, şübhəli və haram olaraq yedikləri tikələr. İkinci və üçüncü isə, əl və ayaqlardır. Belə ki, Allahın razılığı olmadan hərəkət etmişlər və ya Allah eləməmiş, günah üçün fəaliyyət göstərmişlər”.
“Fussilət” surəsinin 20-ci ayəsində də, cəhənnəmin qapılarının üçü bəyan edilmişdir. Ayədə buyurulur: “Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.” Buna əsasən, qulaq, göz və dəri də cəhənnəmin başqa qapılarıdır. Burada dəridən məqsəd, bəzi qərizələrdir. Quranda ədəbi iffət qorunduğuna görə, onu aşkar olaraq buyurmayıb.
Mərhum Əllamə Təbatəbayinin çıxarışına əsasən, cəhənnəmin yeddinci və sonuncu qapısı dildir. Bu məsələ, “Nur” surəsinin 24-cü ayəsində bəyan edilib. Ayədə buyurulur: “Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.” Dil də danışdıqları barədə şəhadət verəcək. Yeri gəlmişkən, cənnətin səkkiz qapısı barədə heç bir aşkar ayə yoxdur. Amma, bu barədə Əhli-beytdən (ə) çoxlu rəvayətlər nəql olunub. Yuxarıda deyilən yeddi qapını səadət və kamillik yolunda istifadə etsək, cənnətin qapıları olarlar. Cəhənnəmin qapısı sayılmayan və səkkizinci qapı isə, insanın ağlıdır. Çünki, insan ağılla günah etmir.
Buna görə, mərhum Əllamə Təbatəbayinin tədqiqatına əsasən, öz bədən üzvlərimizi qorumalıyıq ki, Allah etməmiş cəhənnəm qapısına çevrilməsin. Çünki, düşmən həmişə insanladır. Lakin bizim təsəvvürümüz budur ki, başqa şəxslər bizimlə düşmənçilik edir və bizə əziyyət vermək istəyirlər. Hal bu ki, əgər qəflətdə olsaq, elə bu əl, ayaq, qulaq, göz və digər üzvlərimiz bizim ən qəddar düşmənlərimiz olacaq və bir gün bizim əleyhimizə şəhadət verəcəklər. Bu yeni gəlmiş və sonradan yarpaqları tökəcək bahar, qiyamətin varlığına bir dəlildir. Qiyamətdə hər bir gizlin aşkarlanacaq. Həm də, hər bir günahkar özündən rüsvay olacaq.
Yaz gələrkən, demək olar ki, bir növ qiyamətdən xəbər verir. Çünki, əkinçinin əkdiyi hər bir toxum qışda gizlindir. Yazda isə cücərir və nəyi, necə əkdiyi aşkara çıxır. Qiyamət də belədir. “Tariq” surəsi, 9-cu ayə də buyurulur: “Bütün sirlərin aşkar olacağı o qiyamət günü;” və həmçinin “Zəlzələ” surəsi, 4-cü ayə də buyurulur: “Məhz o gün (yer) öz hekayətini söyləyəcək.” Buna görə, insan məscidə getdiyi zaman, müstəhəbdir ki, onun müxtəlif yerlərində namaz qılsın. Çünki, məscid şəhadət verəcək ki, filankəs məscidin filan yerində namaz qıldı.
Allah-təala bizi elə yola müvəffəq etsin ki, Onun razılığı o yoldadır. Bizi o yoldan qorusun ki, Onun qəzəbi o yoldadır. Allahın salam, rəhmət və bərəkəti sizlərə olsun.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 323 Bölmə: Maraqlı melumatlar