Böyük ekranlı smartfonlar pis satılmır
"Flurry" şirkətinin 2015-ci ilin martına olan hesabatına əsasən, fablet adlandırılan böyük ekranlı smartfonlar bazarının 20 faizini tutur.
Müqayisə üçün, 2014-cü ilin yanvarında böyük ekranlı qurğular qlobal smartfon bazarının yalnız 6 faizini tutub. 2015-ci ilin martında bu tip qurğuların payı üç dəfə yüksəlib.
Beyaz.Az ICTnews-a istinadən bildirir ki, bu tip qurğulara münasibət birmənalı deyil. Bir çox analitiklər planşetlərin satış həcminin azalmasını böyük ekranlı smartfonların istehsalı ilə izah edirlər.
"Flurry" şirkətinin təsnifatına görə, fabletlər 5-7 düymlük ekranla təchiz olunmuş qurğulardır.
Tarix: 04.05.2015 / 11:38 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqlı Melumatlar
loading...