Böyük Britaniyanın “Phoenix Memorial Diamonds' şirkəti yaxınlarını itirən və onların adını əbədiləşdirmək istəyənlərə əcaib “ölümsüzlük iksiri” təklif edir.
Daha doğrusu, əziz insanların nəşlərini almaza çevirməyə səsləyir.
Təklif əcaib səslənsə də bunu etmək asandır. İlk öncə cəsəd xüsusi sobada yandırılaraq külə çevrilir.
Daha sonra Rusiyada hazırlanmış xüsusi texnologiya əsasında insan külü duz və digər lazımsız qeyri-üzvi maddələrdən təmizlənir, nəticədə karbon qalır. Karbon isə 4-8 həftə boyu yüksək temperatur və təzyiqin təsiri altında almaza çevrilir.
Belə almazların saxlanılması üçün də maraqlı üsullar təklif olunur: qiymətli daşlar nadir və bahalı ağac növündən düzəldilən mücrüdə, yaxud qranit altlığın üzərində qoruna bilər. Beləliklə, ən əziz mərhumu “qolbaq, kolye, üzük şəklində” hər zaman yanında “daşımaq” mümkündür.
Nə deyək? Bəşər övladının fantaziyası ölümsüzlük axtarışında sərhəd tanımır..
Tarix: 01.04.2015 / 13:20 Müəllif: Aziza Baxılıb: 249 Bölmə: Maraqlı Melumatlar