Gündəlik vərdişlərimiz bədənimizdəki elektromaqnit kirliliyini artırır. Mütəxəssislər isə bundan xilas olmaq və yenidən enerji yığmaq üçün 3 yol məsləhət görür.
Beyaz.Az lent.az-a istinadən bildirir ki, elektromaqnit kirlilik mobil telefonlar başda olmaqla bütün elektrik cihazlarından yayılan dalğalardan qaynaqlanır, stress və bədən yorğunluğuna səbəb olacaq elektrostatik yükü artırır. Hər səhər duş qəbul etmənin bütün bədəni elektromaqnit yükündən xilas edəcəyi, insanı stress və yorğunluqdan qurtaracağı bildirilir.
İnsanları tənbəlləşdirir
Stressə səbəb olan elektromaqnit kirliliyinin zərərlərindən biri insanı tənbəlləşdirməsidir. Bu təhlükədən qorunmaq üçün sağlam qidalanmaqla yanaşı elektrik cihazlarını mümkün olduqca balanslı istifadə etməlisiz. Gündəlik qidalanmada immuniteti gücləndirəcək qidalara çox yer verməlisiz. Saçınızı saç qurutma aləti yerinə təbii şəkildə qurudun. Mobil telefon yerinə ev telefonundan çox istifadə etməklə elektromaqnit kirliliyi azalda bilərsiz.
Torpaqda gəzin
Çılpaq ayaqla torpaqda gəzmək və ya hansısa metal əşyanın üzərində gəzib dayanmaq elektromaqnit kirliliyi azaldır.
Gün sonu duş qəbul etmək elektrik yükünün səbəb olduğu stressi, yorğunluğu aradan qaldıracaq, həm də rahat gecə keçirmənizə kömək edəcək.
Əgər hər gün duş qəbul etməyə imkanınız yoxdursa, əlinizi suya tutmaq, ya da əllərinizi tez-tez yumaq da bu elektrik yükünün azalmasına kömək edəcək.
Tarix: 04.05.2015 / 11:26 Müəllif: Aziza Baxılıb: 192 Bölmə: Maraqlı Melumatlar