Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Supernova nəticəsində minlərlə Dünya yarana bilər

SOFİA vasitəsilə əldə olunan məlumatlarla araşdırılan sahə ağ xətlərlə işarələnib.Yaşıl rəng soyuq toz hissəciklərini,qırmızı radio dalğaları,mavi isə rentgen şüalarını göstərir.
Supernovalar böyük ulduzların həyatlarının sonlanması formasıdır.Ancaq başqa formalaşmaların da başlancığıdır. Supernova partlaması ilə həyatı sona çatan ulduz ətrafdakı kosmik boşluğa öz xarici qatlarını atır. Yeni araşdırmalardan sonra məlum oldu ki, həmin supernovalardan yayılan maddələr Yer kürəsinə bənzər planetlərin yaranması üçün lazım olan xam maddənin böyük bir qismini ehtiva edir.

Supernova nəticəsində minlərlə Dünya yarana bilərNasa’nın Ultraqırmızı Astronomiya üçün Stratosfer Rəsədxanasından (SOFİA) alınan verilənlərdən istifadə edən beynəlxalq tədqiqat komandası supernovaların Dünyaya bənzər planetlərin yaranması üçün ehtiyac duyulan maddənin çox hissəsini yaratdığını hesabladı.Cornell Universitetindən Ryan Lau: “Müşahidələrimiz 10.000 il əvvəl supernova partlayışı nəticəsində yaranan molekul buludunun 7000 Dünya yarada biləcək qədər toz hissəciyindən təşkil oldunduğunu müəyyən etdik.”

Lau’nun rəhbərliyi altındakı komanda Sagittarius A Şərq supernova qalığının infra qırmızı spektrdəki görüntülərini əldə etmək üçün Sofia teleskopunun kamerasından istifadə etdi.Tədqiqatçılar hesablamaları əldə etmək üçün üçün supernovadakı hissəciklərdə yayılan şüanın uzun infraqırmızı dalğalardakı ölçmələrdən istifadə etdilər.
Astronomlar supernovanın ən kənar hissəsində gördükləri şok dalğalasının böyük miqdarda toz istehsal etdiyini bilirdi.Ancaq bu şok dalğasının sonradan özünün də əhatə olunduğu qaz və toz hissəcikləri ilə necə reaksiyaya girəcəyi müəyyən deyildi.Lau’nun fikrinə görə bu şok dalğasının təsiri ilə hissəciklər ulduzlararası fəzaya doğru hərəkət edir.Bu nəticə isə uzaq qalaktikalardakı gənc ulduzların böyük kütləli supernova partlayışlarından sonra yayılan toz hissəcikləri ilə yarandığını göstərir.
Supernova nəticəsində minlərlə Dünya yarana bilərKaliforniyadakı Ames Tədqiqat Mərkəzindən Pamela Marcum isə belə düşünür: “Qalaktikamız üçün etdiyimiz bu müşahidələr milyardlarla işıq ili uzaqdakı qalaktikaların təkamül mərhələsində olduğunu aşkar edəcək.”
2,5 metr diametrində aynaya sahib olan SOFİA teleskopu 12-14km yüksəkdə uçan Boeing 747 tipli təyyarədə yerləşdirilmişdir.


Tarix: 01.04.2015 / 13:18 Müəllif: Aziza Baxılıb: 225 Bölmə: Maraqlı Melumatlar
loading...