Dialektləri nəzərə almasaq, bu gün dünyada insanlar demək olar ki, 3000-ə yaxın dildə danışır. Linqvistlər araşdırma aparıb, öyrənilməsi ən çətin olan 8 dili açıqlayıblar.
Çippeva dili- Şimali Amerika hindu qəbiləsinin dilidir. Bu dildə 6 mindən çox fel forması mövcuddur. Bu, digər dillərlə müqayisədə daha böyük rəqəmdir.
Çin dili — Çin dilinin öyrənilməsində əsas çətinlik heroqliflərdir. Çin dilində heroqliflərin sayı 50.000-ə yaxındır. Bununla yanaşı, bir heroqlif müxtəlif mənalar da daşıya bilər.
Tabasara dili- Tabasara dilindən Dağıstan ərazisində istifadə edilir. Bu dildə ismin 48 halı mövcuddur.
Sanskrit dili- Allahların dili adlandırılan sanskrit dilinin ümumi qrammatikasını öyrənməyə 12 ilinizi sərf etməli olacaqsız.
Abaz dili- Abaz dilində Qaraçay-Çərkəz Respublikasında danışırlar. Bu dil haqqında adətən belə deyirlər: “bu dili əgər uşaqlıqdan bilmirsənsə, böyük yaşlarında onu öyrənmək demək olar ki, qeyri-mümkündür”. Bunun səbəbi isə dilin çətin fonetikasıdır.
Bask dili- Bask dilinin çətinliyi onun qrammatik xüsusiyyətləri ilə bağlıdır. Hətta İkinci Dünya müharibəsi zamanı bu dildən şifrə kimi də istifadə edirdilər.
Rus dili- Əcnəbilərdə demək olar ki, bu dillə bağlı hər şey çətinlik yaradır: hallandırma, fel, sinonimlər, sözdüzəltmə üsulları. Ruslar üçün adi gələn dialoqlar belə əcnəbilərə anlaşılmaz gəlir. Məsələn: “Gəzməyə gəlirsən?” – “Yox, bəlkə də…”
İngilis dili — Bu dildə hərflər tələffüz edilən səslərlə uyğun gəlmir: söz yazıldığı kimi oxunmaya bilər.
Tarix: 10.12.2014 / 18:38 Müəllif: Aziza Baxılıb: 106 Bölmə: Maraqlı Melumatlar