Əksəriyyət, demək olar ki, heç vaxt ağlına belə gətirmir ki, ölkələr nədən belə adlanır və ya ölkələrin adları necə yaranmışdır?
Amma unutmaq lazım deyil ki, ölkələrin adlarının da bir yaranma səbəbi, bir yaranma tarixçəsi vardır. Belə ki...
Fransa – bu söz latıncadan tərcümədə “ franklar torpağı” deməkdir. “Frank” sözü Roma imperiyasının süqutundan sonra ən çox işlədilən söz idi. Quqo Kapetin tacqoyma mərasimindən sonra artıq bu məmləkət Fransiya krallığı adlandırılmağa başladı və daha sonra isə Fransiya adlandırıldı.
Kipr – bu ölkənin adı da metal adı ilə bağlıdır. Mənası – “mis” deməkdir. Latınca “cuprum” mis mənasını daşıyır. Doğrudan da bu ölkədə mis mədənləri həddindən artıq çoxdur.
Digər bir mülahizəyə görə, guya bu ölkənin adı “kiparis” ağacının adı ilə bağlıdır. Vaxtilə Kiprdə Kiparis ağacları çox olmuşdur.
Barbados – ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos vermişdir. Belə ki, tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkmiş və o, ağacları formaca “saqqallı adamlar”a bənzətmişdir. Bu torpağı o “los – barbados” adlandırmışdır. Bu da ispan dilindən tərcümədə “saqqallılar” deməkdir.
Braziliya – eyni adlı ağacın adı ilə adlandırılmışdır. Belə ki, bu ağacın oduncağı qırmızı rəngdə olur və közərmiş kömürü xatırladır. “Brasil” portuqal dilində “közərmiş, qızarmış kömür” mənasındadır.
Burkino – Faso (keçmiş adı Yuxarı Volta) – Afrikanın Yuxarı Volta ölkəsinin vaxtilə lideri olmuş Tomas Sankara 1984-cü ildə bu ölkənin adını dəyişdirərək Burkino-Faso qoymuşdur. “Burkino- faso” sözünün hərfi mənası “ dürüst insanlar torpağı” deməkdir.
Vatikan – latınca “vaticinari” – “peyğəmbərlik etmək” deməkdir. Qədim Roma dövründə bu küçə falçıların, öncəgörənlərin ən çox yığıldığı bir yer olmuşdur. Bu münasibətlə də bu küçəni və sonradan bu küçədəki təpəcikdə salınmış Vatikanı da (Mons Vatikanus) bu adla adlandırmışlar.
Venesuela – Ameriqo Vesputçinin adı ilə bir qitənin adlandırılmasından əlavə, Venesuela ölkəsinin də adını qoymuşdur. O, yerli əhalinin suyun üzərində qurduğu evləri görərkən, Venesiyanı xatırlayaraq demişdir: — “Venezuola”… Bu sözün italyanca mənası – “balaca Venesiya” deməkdir...
Dominikan Respublikası – bir çox toponimlər məşhur dənizçi Xristofor Kolumbun adı ilə bağlıdır. Bu ölkənin adı da elə X. Kolumbla əlaqəlidir. Belə ki, “dies dominika” – latınca “ilahi dün” mənasındadır. Deyilənə görə, ilk dəfə bu torpağa Kolumbun ayağı dəyəndə, həmin günü yerli əhali “ilahi gün “ adlandırıb və ölkəni də elə bu cür adlandırmışlar. Kanada – dünyanın ən böyük ölkələrindəndir. Bu ölkənin adı “kanata” sözündəndir. “Kanata” sözü yerli lavrenti irakezlərinin dilində “kənd”, “yaşayış yeri” mənasındadır.
İsrail – bu ölkənin adı Müqəddəs dini kitablarda tez-tez anılır. Belə ki, dini kitablarda yazılan məlumatlara görə, patriarx İakov mələklə apardığı mücadilədən sonra İsrail adını alır. “İsrail” sözünün mənası “ Mələklə mücadilə edən” deməkdir.
İspaniya – bəzi mülahizələrə görə, “ispaniya” sözü finikiya dilində “dovşanlar ölkəsi” deməkdir. Qədim dövrlərdə bu torpaqlarda həqiqətən də həddindən artıq dovşan varmış.
Qazaxıstan – bu ölkənin adının hərfi tərcüməsi “ azad adamlar ölkəsi” deməkdir. Bu da ondan irəli gəlmişdir ki, bu torpaqda məşkunlaşan əhalinin əksəriyyəti köçərilər olmuşdur. “Azad adamlar” dedikdə, köçərilər nəzərdə tutulur.
Liberiya – latınca “liber” sözü – “azad” mənasındadır. Belə ki, 1822- ci ildən başlayaraq Amerikadan azad olunmuş zənci qulları bu torpaqlara köçürürdülər. Artıq neçə onilliklərdir ki, bu ölkə müstəqil bir ölkə kimi fəaliyyət göstərir.
Lüksemburq – “lüksemburq” almancadan tərcümədə “kiçik qəsr” deməkdir. Əvvəllər bu ərazidə qraf Ziqfridin 963-cü ildə tikdirdiyi bir qəsr var. O, sonralar bu ərazidə yerləşən bir neçə ərazini birləşdirərək, Lüksemburq dövlətinin əsasını qoymuşdur.
Namibiya – bu ölkənin adı ərazisindəki Namib səhrasının adından götürülmüşdür. Nama dilindən tərcümədə bu söz — “ heç nə olmayan yer” mənasındadır.
Pakistan — ölkəyə bu ad 1933-cü ildə siyasi — aktivist Çudhari Rəhmət Əli tərəfindən verilmişdir. Mənası isə “paklar diyarı” deməkdir. Bu ölkənin adının tam açılışı da vardır. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan “P” – Pəncab, “a” – afqan, “k” – Kəşmir, “s” – sinda, “tan” isə — Belucistan deməkdir.
Fələstin – bu torpağın Fələstin adlandırılmasının kökləri çox qədimə gedib çıxır. Söz hətta “İncil”dən, Qədim Misirdən və Qədim Romadan da qədimə aiddir. Belə ki, ivritcə “pliştim” – “gəlmə, yad, qəsbkar, zəbt edən” mənasını daşıyır. “İncil”in yeni yarandığı dövrlərdə bu torpaqlara yunan adlarından köçüb gələnləri qədim yəhudilər belə adlandırırdılar.
Papua – Yeni Qvineya - “papua” sözü yerli aboriqenlərin saç formasını bildirir. 1526-cı ildə buraya gələn portuqaliyalı Mezeneş yerli əhalinin saç formasını görərkən, onları “ papuva” adlandırmışdır ki, bu da malaycadan tərcümədə — “qıvrımsaç, buruq saç” mənasındadır.
1545-ci ildə adaya gələn Ortis de Petes yerli əhalinin Afrika Qvineyasının aborigenlərinə oxşadığı üçün bu yerlərə “Yeni Qvineya” adı vermişdir.
Rumıniya – bu ölkənin adı “roman”, “romanus” (romalı) sözündən götürülmüşdür. Valaxiyanın sənədlərində qeyd edilir ki, Romania Land, Teara Rumaneasca adlı torpaqlar Roma imperiyasının tərkib hissəsi olub. Amma bu toponim imperiyanın özündən daha uzunömürlü olmuşdur.
Salvador – ölkəni bu adla ilk dəfə ispan konkisdadoru Pedro de Alvarado belə adlandırmışdır. O, İsa peyğəmbərin şəninə ölkəni bu cür adlandırmışdır. “Salvador” sözü ispancadan tərcümədə — “xilaskar” deməkdir.
Finlandiya – bu ölkənin adı alman sözü olan “fennland” sözündəndir. “Fennland” sözünün mənası “zəvvar” deməkdir. Başqa bir mülahizəyə görə, ölkənin yerli əhalisi – suomalardır. “Suo” sözü yerli dialektdə “bataqlıq”, “maa” – “torpaq” deməkdir. Finlandiya ərazisində bataqlıqlar kifayət qədər çoxdur.
İsveçrə — “Schweitz” sözü almanca “bataqlıq” mənasını daşıyır...
Argentina – latınca “argentum” sözundəndir, mənası “gümüş” deməkdir. İspan konkistadorları ilk dəfə bu torpağa ayaq basarkən və Rio-De-La-Plata çayı sahillərinə çatarkən, bu çayda həddindən artıq gümüş olduğunu görən zaman onları heyrət bürümüşdür. Bu çayda olan gümüş əsasında bu torpağa “Argentina” adı verilir. İlk dəfə Argentinanın adı Martin del- Barko Sentenerin “Argentina və Rio-De-La-Plata çayının fəthi” poemasında çəkilir. Bu poema 1602-ci ildə yazılmışdır. O gündən indiyədək bu torpağı Argentina adlandırırlar.
Tarix: 26.11.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqlı Melumatlar