Don Kixot (isp. Don Quijote, Don Quixote) — ispan yazıçısı Migel de Servantesin yazdığı "Ağıllı zadəgan Don Kixot" (El ingenioso hidalgo Don Quijote de la Mancha) romanının baş qəhrəmanı.
Servantesin bu romanı demək olar ki, bütün Avropa dillərinə tərcümə olunmuşdur və dünya ədəbiyyatında ən populyar kitablardan sayılır. Don Kixot surəti isə insan təbiətinin tipik göstəricisi kimi götürülürək psixoloji kateqoriya kimi başa düşülür. Fəlsəfədə "donkixotluq" kimi anlayış yaranmış və bununla bağlı çoxlu sayda kitablar yazılmışdır.
Romanın birinci hissəsi 1605, ikinci hissəsi isə 1615-ci ildə çap olunmuşdur. Hər iki hissə ispan dilində yazılmışdır.
Servantesin bir çox həmkarları və davamçıları Don Kixotun səyahətini təsvir edən, onun romanına oxşayan əsərlər yaratmağa çalışmışlar. Sonrakı əsrlərdə yazıçılar bu mövzuya yenidən dönərək Don Kixot mövzusunu yeni aspektdən təsvir etmişlər.
Məzmunu
Don Kixot kiçik bir kənd zadəganıdır. Onun əsl adı hətta oxucuya da məlum deyil və İspaniyada La Mança bölgəsində yaşayır.
Orada o cəngavər romanları oxumaqdan ağlını itirərək, belə bir inama gəlir ki, onun özü bir qorxmaz cəngavər kimi haqsızlığa qarşı mübarizə aparmalıdır. 4 gün spanca: Rocin - at və antes - qabağa gedən) adını verir. Bir kəndli qızınintensiv fikirləşdikdən sonra o atına Rosinant (Rocinantes iı o sevgilisi elan edir və onu "Toboslu Dulsineya" adlandırır.
Don Kixotun şərab tuluğu ilə döyüşməsi
O nə görürsə hamısını cəngavərliklə əlaqələndirir, baxmayaraq ki, bu artıq çoxdan əhəmiyyətsiz sayılır. İlk səyahətindən sonra o əldən düşmüş halda özünü evə çatdırır. Kənd keşişi və əhali kitabları yandırmağa başlayırlar. Beləliklə, Don Kixotun da cəngavərlik haqqındakı kitabları məhv edilir. Don Kixot bir kəndli oğlanı özünə köməkçi götürür. Ona Sanço Pansa adını verir. Sanço onu sonrakı səyahətlərində müşaiyət edir. Sanço adını Rusio (ispanca "uzunqulaq" deməkdir) qoyduğu bir uzunqulağın belində Don Kixotla səyahətə çıxır.
Dulsineya Don Kixota itaət edir. O onu görməsə də, həqiqi cəngavər ona sadiq bir qadına ehtiyacı olduğu kimi, Don Kixotun da Dulsineyaya ehtiyacı vardır. O nə edirsə hamısını Dulsineya üçün edir. O dustaqları zindandan azad etdikdən sonra, onun bu qəhrəmanlığını Dulsineyaya danışmağı tələb edir.
Don Kixotun ən məşhur sərgüzəşti ondan ibarətdir ki, o yel dəyirmanının qarşısında durur və silahdaşı Sançonun sözünə baxmayaraq dəyirmanla döyüşə girməyə cəhd edir. O bu döyüşdə məğlub olmasını qara qüvvələrin üstünə atır. Öz fantaziyalarında çaşmış idealist qoyun sürüsündən qalmış toz dumanı ilə də döyüşür. İçində qırmızı şərab olan tuluqla qanlı döyüş aparan cəngavər qalib gəlir. O Sançonun təkidi ilə evə qayıdır.
İkinci kitabda o özünü şir cəngavər adlandırır.
Tarix: 16.03.2013 / 13:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 616 Bölmə: Kitablar elm