Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vandalizm:Tarixi Adlara Qarşı Soyqırımı (kitab)

Vandalizm:Tarixi Adlara Qarşı Soyqırımı - kitab 2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə "TƏHSİL" nəşriyyatında çap edilib.

Kitabın ideya və ön söz müəllfi akademik Yaqub Mahmudov, tərtib edəni Nazim Mustafa, elmi redaktoru Elmar Məhərrəmovdur. Kitabda Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində XIX əsrin əvvəllərindən günümüzə kimi tarixi faktları təhrif etmək məqsədiy ilə azərbaycan-türk mənşəli toponimlərin dəyişdirilməsinə dair faktlar toplanmış, dəyişdirilmiş toponimlər, həmçinin dəyişdirilmə tarixi əlifba sırasıyla verilmişdir.

Kitabdan sitatlar

Bu gün erməni millətçiləri beynəlxalq ictimaiyyətin gözləri qarşısında Cənubi Qafqazın tarixi keçmişini saxtalaşdırmaqda davam edirlər. Bu yaxınlarda (23.01.2006) Ermənistan Respublikası höküməti yanında Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin sədri Manuk Vardanyan jurnalistlər qarşısında çıxış edərək məlumat vermiçdir ki,Ermənistanın ilk milli atlası nəşr olunacaq.Onun bildirdiyinə görə həmin atlasda 40.000 coğrafi ad qeydə alınacaqdır ki,bu zaman başqa dillərə məxsus olan 8-10 min coğrafi ad dəyişdirilərək erməni adları ilə əvəz ediləcəkdir. (http://newsarmenia.ru/arm1/200 ... .html)

M.Vardanyanın qeyd etdiyi "başqa dillərə məxsus olan" həmin 8-10 min coğrafi ad məhz göstərilən torpaqlardan deportasiya edilmiş azərbaycanlılara məxsusdur.

...Elmə yaxşı məlumdur ki,ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil.Tarixi həqiqət bundam ibarətdir ki,onlar Cənubi Qafqaza gəlmə etnosdur. Bunu ilk mənbələrə əsaslanan tədqiqatlar çoxdan sübut etmişdir. Ermənilərin əcdadları hesab olunan tayfalar e.ə. I minilliyin ortalarında Fərat çayının yuxarı axarında məskun idilər. Onlar bura Balkan yarımadasından köçüb gəlmişdilər.

Azərbaycan xalqının ulu babaları hələ ermənilərin Asiyada peyda olmasından çox-çox əvvəl Cənubi Qafqazın bir hissəsinin də daxil olduğu Azərbaycan adlı böyük bir regionda yüksək mədəniyyət formalaşdırmış,Arazdan Cənubda Manna və Atropatena,Şimalda isə qüdrətli Albaniya dövləti yaratmışlar.


Tarix: 15.03.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Kitablar elm
loading...