Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lüğət

Lüğət - Müəyyən üslubla düzülən, mənası və ya tərcümçəsi verilən və tələffüzü göstərilən sözlərin toplusudur. Müasir lüğətlər adətən əlifba sırası ilə düzülür. Lüğətlər praktik xarakter daşısa da, onlarda ədəbiyyat nəzəriyyəsinin inkişafı da öz əksini tapır və elmin normativ vəziyyətini əks edən mənbəyə çevrilir.[1]Mündəricat
1 Tarixi
2 Azərbaycanca Lüğət Mənbələri
3 Filoloji lüğətlər
4 İstinadlar
5 Xarici keçidlər


Tarixi

Lüğətlər həm Şərqdə, həm də Qərbdə qədim tarixi vardır. Lüğətlərdə adətən ədəbi və fəlsəfi terminlərin şərhi verilirdi. Ensiklopediya lüğətin izahlı forması idi. Şərqdə daha çox təriqət terminlərini şərh edən lüğətlər məşhurdur. Sufi poeziyası simvol, rəmz və alleqoriyalar üzərində qurulduğundan sufi mütəfəkkirləri geniş sufi lüğətləri yazırdılar.

Orta əsrlərin lüğətləri dini ehkama əsaslanırdı. Maarifçilik dövründən bəri yeni ideologiyaların hakim olmasının ardınsa yeni ensiklopediyaların yaranması ənənəsi yaranmışdır. Yeni lüğət və ensiklopediyalar terminləri yeni ideologiyaya uyğun yozaraq şərh edirdi.

Sovet dövründə ədəbiyyata dair marksist nöqteyi-nəzəri əks edən ədəbi və ensiklopedik lüğətlərin hazırlanması böyük miqyas almışdı.

İlk türk dilli lüğət Mahmud Kaşğarinin yazdığı "Divani lüğat it-türk"-dür Lüğətlər iki cür olur:
Ensiklopedik lüğətlər (başqa sözlə Ensiklopediya)
Filoloji lüğətlər

Internet sözü bir lüğətdə

Azərbaycanca Lüğət Mənbələri
Rusca-Azərbaycanca lüğət (Ə.Orucovun redaktəsi ilə). 1990, Bakı, AMEA Dilçilik Institutu. 90000-ə yaxın söz və 8000 ifadə.
Azərbaycanca-Rusca lüğət (X.Əzizbəyovun redaktəsi ilə). 1984, Bakı, 20000-ə yaxın söz.
Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. Bakı, "Şərq-Qərb", 2005.
Azərbaycan Dilinin İzahlı Lüğəti. (Axundov Ağamusa, [red.] Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə və Əliheydər Orucov). Bakı : Şərq-Qərb, 2006.
Azərbaycanca-rusca lüğət Dörd cilddə. Bakı, "Şərq-Qərb", 2005. I cild, II cild, III cild, IV cild
Rusca-azərbaycanca lüğət. üç cilddə. Bakı, "Şərq-Qərb", 2005.
İngiliscə-azərbaycanca lüğət Bakı, "Şərq-Qərb", 2004.
İngiliscə-Azərbaycanca lüğət (Q.Rzayevin redaktəsi ilə). 1994, Bakı, Azərbaycan Tərcümə Mərkəzi. 20000-ə yaxın söz və ifadə
Azərbaycanca-İngiliscə Lüğət. (O.İ.Türksevər. ) Bakı : Addi, 1998. s. 646. Cild I.
Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. (Axundov, Ağamusa.), Bakı : Lider Nəşriyyat, 2004.
Məktəblinin İngiliscə-Azərbaycanca lüğəti. Bakı : Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, 2000.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb-fars sözlərinin lüğəti. İki cilddə. I cild, II cild
AzerDict onlayn azərbaycanca-ingiliscə, ingiliscə-azərbaycanca, rusca-azərbaycanca və azərbaycanca rusca lüğət


Tarix: 13.03.2013 / 20:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 380 Bölmə: Kitablar elm
loading...