Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunu bilsən, onun xasiyyətini anlayacaqsan...

İri həcimli dodaqlar: İri və dolğun dodaqlar yüksək temperamentdən xəbər verir. Bu cür dodaqlara sahib olanlar çox diqqəti çəkən və cazibədar olurlar. Bu cür dodaqları olanlar bir qayda olaraq əks cinsi cəlb edirlər. Xüsusilə də, iri həcmli dodaqları olan xanımlar kişilər tərəfindən çox sevilir. Buna baxmayaraq, onları nadir hallarda həyat yoldaşı kimi seçirlər.

Fizioqnomika elminə görə, dolu dodaqlı qadınlara kişilər çox nadir hallarda ciddi fikirlə yanaşırlar. Onları qınamaq olmaz. Çünki belə qadınların özləri
də zövq və əyləncə vurğunudurlar. Dolğun dodaqlar yüksək temperamentin danılmaz göstəricisidir. Bunun sübutu Merlin Monrodur. Sirr deyil ki, kişiləri ən cox cəlb edən bu qadının görünüşü yox, məhz elə dodaqları olub. Əbəs yerə onun dodaqları cazibə simvolu seçilməyib ki.

Belə qadınlar üçün sevgi yox, hər zaman diqqət mərkəzində olmaq daha vacibdir. Axı dolğun dodaqlı qadınlar eqoistdirlər. Ən çox sevdikləri isə səyahətə çıxmaqdır. Belə qadınların çox yaxşı ana olduqları isə danılmazdır.

Balaca yumru dodaqlar: Bu cür dodağı olan insanlar olduqca güclü, səmimi və ünsiyyətcildirlər. Bir çox insanlar tərəfindən sevilirər.

Simmetrik dodaqlar: Belə insanlar cox inadkar, ehtirası sevən, incə qəlbli insanlardır. Sözu adamın üzünə deməyi sevirlər.

Simmetrik olmayan dodaqlar: Belə insanlar çox diqqətcil, mülayim insanlar olur.Sakit görünsələr də lazim gələndə sözünü deməyi bacararlar. Onlar sadiq olurlar. Ümumiyyətlə, simmetriyasız dodağı olanlar, ancaq öz imiclərini dəyişməyə çalışırlar. Belə xanımlar
yalan danışır, öz xasiyyətlərini həddindən artıq şişirtməyi xoşlayır, ətrafdakılara utanmadan şər atırlar. Buna görə də belələri sevgidə uğradıqları məğlubiyyətə asanlıqla dözürlər.

Nazik dodaqlar: Belə insanlar qərarını tez dəyişən, qiısqanc, səbrsiz olurlar. Amma həddindən artıq çox ürəyi açıq olurlar. İlk sevgiləri çox vaxt uğursuzluğa məruz qalır. Ən pis cəhətlərisə var-dövlət pərəstişkarı olmasıdır. Bu qadınların bəxti sevgidə heç vaxt gətirmir. Lakin onlar bundan sıxılmırlar. Bu iradəli gözəllər çətin anlarında kimdənsə aman diləməyi ağıllarından belə keçirmirlər. İnsanları ram etməyi bacaran nazik dodaqlı xanımlar müstəqilliyi çox sevirlər. Bəzən o qədər sərbəst olurlar ki, həyatlarının sonuna kimi onları qane edən tənhalığa qapılırlar. Nazik dodaqlı qadınların bir mənfi cəhəti var ki, bu da onların şan-şöhrət əsiri olmalarıdır.

Gülümsəyən dodaqlar: Belə dodaqlar tükənməyən sevinc və xoşbəxtlik çeşməsi kimi insanları özlərinə cəlb edirlər. Həmişə optimistdirlər. Bəzən zəhlətökən pərəstişkarlarını uzaqlaşdırmaq üçün özlərini həddindən artıq soyuqqanlı və ciddi göstərməyə calışırlar. Ancaq gülümsəyən dodaqları onlara bu hiylənin öhdəsindən gəlməyə imkan vermir. Onlar hər zaman kişiləri ovsunlamağı bacarırlar.

Qəmli dodaqlar: Təəssüf ki, dodaqları aşağı sallanan qadınlar sadiq pərəstişkarları ilə öyünə bilmirlər. Nədənsə belələrinin qarşısına çıxanlar yalançı və hiyləgər olur. Nəticədə, onlar insanlara qarşı ümidlərini itirirlər. Belələri heç nəyə inanmırlar. Onlar həmişə özlərini lazımsız hesab edirlər.

Alt dodaq üst dodaqdan qalındırsa: Sən demə, kişilərin səksən faizində alt dodaq üst dodaqdan qalındır. Bu da kişilərin daha çox xəyanətindən xəbər verir. Çünki dodağı üst dodaqdan qalın olanlar vəfasızdırlar. Belələrindən sadiqlik gözləmək mənasızdır. Onlar üçün «sadiqlik» sözü zəmanənin təlabatına uyğun gəlməyən köhnəlmiş ifadə anlamındadır. Bu cür dodaqlı qadınlar da kişilərdən geri qalmırlar. Bu, onların ömür boyu yeni partnyorlar və əyləncələr axtaracaqlarına işarədir. Sözügedən insanlar həm də çox tənbəldirlər.

Üst dodaq alt dodaqdan qalındırsa: Bu cür dodaqlı qadınları avropalılar nəzakətli, sadə, işvəli, naz-qəmzəli və ailəcanlı sayırlar. Ancaq asiyalılarda əksinə, belə dodaqlar ikiüzlülüyün, süniliyin əlaməti hesab olunur. Avropalıların fikrincə, belə qadınlar yaxşı yemək hazırladıqları üçün həyat yoldaşları tərəfindən
həmişə sevilirlər. Üst dodağı qalın olan qadınları kişilər əsl tapıntı hesab edirlər.


Tarix: 28.11.2014 / 14:09 Müəllif: Aziza Baxılıb: 392 Bölmə: Kişiler haqqında
loading...