Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qıza evlilik təklif etməyin romantik yolları

Nə edim, necə edim?

Əgər məşhur «kəbinbaz» Məşədi İbadın gününə düşmək istəmirsizsə, o zaman evlənmək istədiyiniz xanıma doğru-düzgün elçilik etməyi öyrənməlisiz. Əgər evlilik təklifini düzgün etməsən, hətta səni sevən qızdan belə birinci cavab olaraq «YOX» alacaqsan...

Sizlərə maraqlı evlilik təklifi ssenariləri təqdim edir:

Qıza evlilik təklif etmək olmaz, əgər Sən:

Sərxoşsansa

Özünü yaxşı hiss etmirsənsə

Harasa tələsirsənsə və ya qızın vaxtı azdırsa

Telefonla təklif etmək heç məsləhət deyil

Əlamətdar günləri seç:
Xanımın ad günü, 8 Mart, Yeni il gecəsi, Novruz bayramı və tanışlığınızın ildönümü gününü
ikiqat bayrama və unudulmaz tarixə çevirin.

Hazır ssenarilər
Həyatında bir dəfə atacağın addımı yaxşı - yaxşı götür-qoy et. Lazım gəlsə, əvvəlcədən
ssenari qur. Əgər fantaziyan geniş deyilsə, o zaman təklif etdiyimiz hazır variantlardan istifadə edə bilərsən. Bir şərtlə: bu yerdə qüruru bir kənara qoymalısan. Çünki qürur sənə mane olacaq.

Ağ atlı oğlan: Hər bir qız uşaqlıqdan «Ağ atlı oğlan» nağılının həsrəti ilə yaşayır. Onun xəyalını gerçəyə çevirmək çətin deyil. Cıdıra gedib, kirayəyə at götürürsən, yaxud da Dənizkənarı parkdakı faytonların biri ilə danışırsan. Qıza görüş yeri təyin edirsən və yaxud da onun evinə bir dəstə qızılgül göndərirsən. Çiçək dəstəsinə «Səni sevirəm. Mənimlə evlənərsənmi?» yazılmış açıqca qoyursan. Qızın məktubu oxuyacağı anı əvvəlcədən hesabla. Həmin vaxt qıza zəng edib,
«Pəncərədən bax» deyirsən. Təbii ki, bu zaman sən atın belində və yaxud faytonda olursan. Qız aşağı düşən kimi onun qarşısında diz çöküb, ən gözəl sözlərlə evlilik təklifini edirsən.

Sirli qutu: Qıza çox böyük qutuda hədiyyə göndərirsən (adamboyu hündürlüyündə). Qutunun içində 20 dənə iç-içə müxtəlif ölçülü qutular yerləşdir. Hər qutunun içinə simvolik hədiyyələr və ya güllər qoya bilərsən. Ən sonuncu qutu isə üzüyün qutusu olsun.

«Görüşərik» oyunu: Qıza kağız göndərib, ona konkret bir yeri görüş üçün təyin edin. Həmin yerdə də onun üçün bir kağız və qızılgül qoyub, başqa bir yerə gəlməsini xahiş edin. 2-3 belə «tapmacalı» görüşlərdən sonra, onu restoranda və ya təbiət qoynunda şampan, şirniyyat və qızıl üzüklə qarşılayın.

«Restoranda sürpriz»: Romantik nahar təşkil edib, qızı dəvət edin. Adi söhbətlər, yemək… Amma əvvəlcədən ofisianta tapşırığınızı verin. Naharın sonuna yaxın o, məcməyidə üzük qutusu və kağızla qıza yaxınlaşıb, «Sizə məktub var» desin. Təbii ki, məktubda «Əzizim, mənimlə evlənərsən?» sözləri qeyd olunmalıdır.

Sehirli:
İllüzionistin köməyi ilə sevgilinizə mistik gecə yaşadın. Sehrbazın sehri ilə nişan üzüyü onun cibindən və ya çantasından çıxacaq. Daha sonra gül, şirniyyat… Və nəhayət, sən dilə gəlib, evlənmə təklifini edirsən.

Qızın evinin qarşısında yanan şamlardan «Mənə ərə gəl» sözlərini yaz. Daha sonra zəng edib, qızı pəncərəyə çağır. Əgər razıdırsa, pəncərəni açmasını xahiş et.

Müasir elektron versiyalar - Hightech

Yüksək texnologiyalar əsrində köhnə metodlardan yapışıb qalmaq günah olar. Belə ki...

1. Onun evində kompüter varsa, evlənmək təklifin yazılmış diski ona ver və bildir ki, elə bu dəqiqə diskə bax. O, diskə baxana kimi sən üzüyü onun qarşısında hazır et.

2. Qızın iş yerinin və ya evinin qarşısında böyük ekran qurdurub, slayd vasitəsilə ona evlənmək istədiyini bildir.

3. Təklifini videolentə çəkdir və görüş zamanı ona nümayiş etdir.


Tarix: 23.11.2014 / 00:03 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Kişiler haqqında
loading...