Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşursa, demək, yenə özünü ifşa etmisən. “Səhər hər şeyi açıqlayaram” deyib, həyat yoldaşını sakitləşdirməyə çalışırsan. Özünsə səhərədək yatmayıb için içindən necə çıxacağın barədə düşünürsən.
Ya da səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə deməyidiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxudan ifşa etmisən. Bir çox kişilərin başının bəlası yuxuda danışmaqdı. Hətta bu xüsussiyyətinə görə ailəsi dağılanlar da olub.
Qadınlar daha «iş yoldaşımın adıdır, bütün gün bir yerdəyik də», «yuxuda mənlə bir sinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm», «yəqin baxdığım filmin təsirindəndir», kimi bəhanələrə inanmırlar. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realdır, özü də kişilər ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab alacaqsınız. Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür.
Xilas yolu:
Siqareti tərgit - Siqaret çəkirsənsə, xoşagəlməz halın səbəbkarlarından biri də odur. Onu tamamilə tərgitməyə çalış. Əgər çətindirsə, axşam saat 8-dən sonra çəkməməyə çalış və spritli içkilərdən uzaq dur. Başını müxtəlif çərəzlərlə qat.
Efir yağı və sərin otaq — Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünü yu. Sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava al. Yataq otağının gecə isti olmamasına çalış. Çünki gecə yataq otağının isti olması da çox danışmağa səbəb ola bilər.
Bəyaz vərəq - Problemin var və onu heç kimə danışa bilmirsənsə, ağ kağız götür. Yatmazdan əvvəl problemini və heç kimə demək istəmədiyin sirlərini kağıza yazıb etibarlı bir yerə qoy. Günün ilk yarısından sonra kofe içməyin. Yaxşı olar ki, yatmazdan əvvəl içinə bal qatılmış süd içəsəniz. Yatağa getdikdən sonra qəzət, kitab və ya jurnal oxuyun.
Tarix: 28.11.2014 / 13:10 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Kişiler haqqında