Şəhid anası
Titrək əllərinlə alıb şəklini,
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!
Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!
Ruhu ildrımda,şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli,ümüdlüürəklərdədir,
Çox matəm saxlama,şəhid anası!
Nə deyim,nə yazım,qələmim donur?
Şairin dünyası odlanır,yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama,səhid anası
Tarix: 04.08.2014 / 00:11 Müəllif: ADMIN Baxılıb: 305 Bölmə: Ibretamiz şerler
loading...