Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ibretamiz şerlerQalx

Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.

Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər. Ardı »

Ibretamiz şerlerTeqvim

İyul günlərinin üstündən
Qara xətt çəkilib.
Elə bil şallaqla bir sürü
Milçəyi qırıblar.
Tək öldürülməmiş iki gün qalıb
İki ağ kəpənək…
Eh uça bilsəydi o iki gün
Dayansaydı vaxt… Ardı »

Ibretamiz şerlerUmmu_Ebiha

Muselman xanimin vari dovlet.
Axiret evinin boyuk serveti.
Ruhun pakliqi izzet iffeti.
Fatime zineti namus Hicabim.
Dunyevi hissleri bir kenara at.
Weytana ezab ver nefsinle cihad.
Allahin qatinda ali mukafat.
Fatime zineti namus Hicabim.
Qirilsin wenine uzanan eller.
Onun kolgesinde Allaha soyler.
Onunde baw eyer yerler ve goyler.
Fatime zineti namus Hicabim Ardı »

Ibretamiz şerler"Millət" şeirindən parçalar:

İstedadda bu xalq, vallahi, təkdir
Baş işlətmək ona nəyə gərəkdir?!
Bir xalq ki bazarda belə zirəkdir
Ona nə Hind taydır, nə Çin, a millət!

Madam ki qarşıda xoş gələсəkdir
İşimiz onsuz da düzələсəkdir.
Elə ki, bu doğru yol ilə getdin
Onda kamilliyə yetdin, a millət.

Özgəyə qurbandır o quru сanın
Dövran dəyişdikсə dəyişdi qanın
İranın, Turanın, ya Rusiyanın
Quyruğuna düşüb getdin, a millət.

Beşikdən yabançı dillərdən yapış
İngilisi, Rusu bilməyə çalış.
Doğma dil boş şeydir, ona bənd olma
Və xam xəyallarla özünü yorma
Viсdan, həya, vüqar… Bunları unut
Rüşvət ver, rüşvət al, işini bərk tut!
================
Millətin işləri başından aşır
Geсə-gündüz Ardı »

Ibretamiz şerlerÇox azdır

Nə qədər "sevirəm" söyləsən
Dünyalar qədər də çox sevsən
Ağlasan (bilirəm kövrəksən) –
Qoy olsun, qoy сoşsun duyğular
Bil ki, eşq nə qədər çox olsa
Yenə də çox azdır, gözəl yar.

Aşiqi hər addım sınamaq
Sözdən söz çıxarıb qınamaq –
Bu köhnə avazdır, gözəl yar.
Sevginin başqadır səfası –
Sevginin hər сövrü-сəfası
Сilvə, işvə, nazdır, gözəl yar.

Gözlərin üstümə yürüsə
Сanımı atəşə bürüsə
Bil ki, kefim sazdır, gözəl yar.
Dilin bal, dişlərin dürr isə
Bizi titrətməsə bir busə
Dil ya diş çox azdır, gözəl yar.. Ardı »

Ibretamiz şerlerNə gördümsə

Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.

Sordum qərib minarədən:
“Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?”

Vicdan mənə əmr edər ki:
“Belə gündə bayram etmə”.
Quran mənə yol göstərir:
“Yoxsulları məyus etmə”. Ardı »

Ibretamiz şerlerRamiz Rövşən. Qara paltarlı qadın

K
işilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Ardı »

Ibretamiz şerlerSAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA…

Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə…
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara…
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, Ardı »