Gəl həyat yaradaq sənə kitabdan,
 Fərqli düshüncədən, fərqli məkandan.
 Bir kitab olsaydı həyatın əgər,
 Könül kitabxananda bir yer düşünək.
Tarix kitabımı? yoxsa fəlsəfə?
 Bəlkə fərqli məkan? fərqli mənzərə?
 Göz dəyən yerdəmi istərdin olsun?
 Yaxudda gizli bir məkan seçərdin,
Diqqətlə baxanlar görməsin onu.
 Bəlkədə unudub baxmazdın ona.
 Ancaq baxanları düşün bir anda.
 Görəsən oxucu necə düşünür ?
Maraqli gələrmi oxumaq ona ?
 Yoxsa bağlayıb atar kənara.
 Ən kədərli, sevincli anlarını oxusa
 Sonra agiz buzərək kitabını bağlasa.
Hansi hissi yaşayib, görəsən nə edərdin.
 Ən sevimli gününə kədərli bir baxişla
 Ən kədərli gününə sevimli bir baxişla
 Ən maraqli gününə maraqsizca baxsaydı
Görəsən nə düşünüb, hansı hissi duyardın
 Kitabinda hər söze, hər cümləyə baxsaydı.
 Həriflərdə əyrilik, cümlədə səf tapsaydı.
 Ağız burun əyərək, istehzayla baxsaydı.
Hansi sözü deyərək, nece başa salardın.
 Bəlkə ədib olsaydın, həyatınsa bir kitab
 En çox hansı bölməni sevib təkrar yazardın.
 Yada hansi bölməni silib təzdən yazardın.
Hansı cümlə altından böyük imza atardın.
 Kitab kimi yaşayıb hansı həzzi alardın
 Hansı dərəcədə razı qalardın
 Sənin haqqında danişan kitab.
 Səni oxucuya çatdıran zaman ?
Tarix: 26.03.2013 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 249 Bölmə: Ibretamiz şerler