Fəhlə özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, mali gərək olsun,
Hümmət demirəm, evləri ali gərək olsun?!
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Hər məclisi- alidə soxulma tez arayə,
Sən dur ayaq üstə,demə bir söz ümarəyə,
Caiz deyil insanca danışmaq füqarəyə?!
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Fərq ilə ğinə əhlinə kim verdi müsavat?
Mənada də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsənə isbat,
Bu mümtənəi qabili – imkanmı sanırsan?1
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Get vur çəkicin, işlə işin, çıxma zeyindən,
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi- ğinayə nə şeyindən?
Bir abbasi gün müzdunu milyanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi- hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan- xanmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Asudə dolanmaqda ikən dövlətimizdən,
Azğınlıq edirsiz də hələ nemətimizdən,
Boylə, çıxacaqsınızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!
Axmaq kişi insanlığı asanmı sanırsan?!
Heç bir utanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü – lillah,
Odlara yanırsan?!
Tarix: 25.03.2013 / 17:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: Ibretamiz şerler