Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kim deyir yuxuda ölmək asandı

Deyirlər, yuxuda ölmək asandı…
Özün də bilmirsən necə ölürsən
Səhər tezdən eşidirsən əzandı,
Yuxuda kirimişcə ölürsən.

Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.

Kim deyir yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.

Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.


Tarix: 26.03.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 206 Bölmə: Ibretamiz şerler
loading...