Bir səhər yuxudan durub…
						Bir səhər yuxudan durub
 Özünü uşaq görəsən.
 Görəsən hamı evdədi,
 Ölənləri sağ görəsən.
…Qorxasan qaçıb gedələr, -
 Tez qapını bağlayasan.
 Geri dönüb içəridə
 bir təzə qonaq görəsən.
Görəsən ki, qapqaradı
 o qonaq başdan ayağa.
 Ondan başqa hamısının
 üst-başını ağ görəsən.
Pəncərədən içəriyə
 dola, dola gün işığı.
 İçəridə boş-boşuna
 yanan bir çıraq görəsən.
Söndürəsən o çırağı -
 hamı birdən yoxa çıxa….
 Otaqda bir qara qələm,
 bir də ağ vərəq görəsən.
Tarix: 26.03.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Ibretamiz şerler
loading...