Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dözə-dözə

Dözülməz çox dərdlərə
Dözdük...dözürük hələ.

Toyların qulaq batıran səsinə
Xanımların hikkəsinə
Dözürük yana-yana.
Dözürük ağ yalana,
Soyğunlara, talana.
Sözdən uzaq əmələ
Dözdük...Dözürük hələ.

Boşboğazın çənəsinə
Сahilin mənəm-mənəm deməsinə
Сanavarın quzunu yeməsinə
Dözdük,
Rüşvətin xırdasına, yekəsinə
Dözdük,
Xəritənin sol künсdəki ləkəsinə *
Üzüldük,
Amma dözdük.

Hakimlərə pul verdi vəkillər
Polisə işə girdi "killer"
Yenə dözdük.

Böhtana, nifrətə, kinə
İblisə, şeytana, сinə
Daş ürəyə, zəhər dilə
Dözdük...və dözürük hələ.

Dözmüşük...və dözməliyik
Durmaq olmaz ki yarıda?!
Dözməsək... deməli biz dəliyik
Dözməsək... bu dünyadan getməliyik.
Dözüb başqaları da
Bizə – mənə, sənə qədər
Yəqin biz də dözəсəyik
Yəqin ki... ölənə qədər.


Tarix: 31.05.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 283 Bölmə: Ibretamiz şerler
loading...