Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen oldun..

İsmin ilə başladım, ey azrzular məzhəri,

Ey olan zati qəni,ey gənci dövlət sərvəri,

Ey səxavaət mənbəyi, ey varlığı icad edən,

Ey qədim mülkü fənasız, ey dəyişməz cövhəri.


Ey ümumə lütf edib şadlıq səfasın bəxş edən,

Ey təbibi qəlb olan, ey həll edən müşkülləri.

Tövbə qıldı bir günah etmişdirsə qəlbim mənim,

Bilmiş öz səhvi xətasın əfv qıl bu müztəri.


Qibləgahım olmaram qul səndən özgə kimsəyə,

Tanrısan ruzi verənsən yoxdur səndən digəri .

Ən böyük bir rütbəyə yüksəldi səndən qədrimiz,

Səndən oldu qəlbimiz hər gizli sirrin məzhəri...


Tarix: 11.02.2014 / 09:53 Müəllif: __ZehRiMaR__ Baxılıb: 334 Bölmə: Ibretamiz şerler
loading...