Qocalara Burada Yer Yoxdur (ing. No Country for Old Men)— Koen qardaşlarının Makkarti Kormakın eyniadlı romanı əsasında çəkdikləri triller. 2008-ci ilin Oskara olan 8 nominasiyasından film Kinoakademiyanın 4 mükafatına layiq görülüb: ən yaxşı filmə görə, ən yaxşı ikinci plan kişi roluna görə , ən yaxşı rejissorluğa görə və ən yaxşı orijinal ssenariyə görə .Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Rollarda
4 Xarici keçidlər
Məzmun
Filmdə hadisələr 1980-ci illərdə iyunda Texasda cərəyan edir. Vyetnam müharibəsi veteranı Levelin Moss üçün adi ov gözlənilməz tapıntı ilə nəticələnir: o mafiya çaxnaşmasının yerini tapır. Meyitlər, güllə ilə deşilmiş maşınlar və narkotik paketləri arasında o ağzınacan pul ilə dolu keys tapır. Çox fikirləşmədən Levelin keysi özunə götürür. Eyni zamanda filmdə insanları inanılmaz dərəcədə asanlıqla öldürən balonlu insan barədə bəhs olunur. Çox keçmədən balonlu manyak — Anton Çiqur — iki centlmendən keysi tapmaq tapşırığını alır. Onu skanerlə təmin edib, keysdə radiomayak olduğunu deyirlər. Atışmalar və gözlənilməz vəziyyətlərlə dolu Antonun Levelini təqib etməsi başlayır. Qoca Şerif — Ed Tom Bel onların izi ilə gedir, və hadisələr cərəyan etdikcə o başa düşür ki, köhnə vaxtlar keçib və artıq işdən dincəlmək zamanı gəlib çatıb.
Film haqqında
Levelin Moss rolundan Hit Lecer imtina etmişdir.
Rollarda
Tommi Li Cons — şerif Ed Tom Bel
Coş Brolin — Levelin Moss
Haviyer Bardem — Anton Çiqur
Kelli Makdonald — Karla Cin Moss
Vudi Harrelson — Karson Uels
Tarix: 22.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: Filimler