Meymunlar planeti (fr. La Planète des singes) — Fransız yazıçı Pyer Bulun "Meymunlar planeti" (fr. La Planète des singes) romanı əsasında 1968-ci ildə çəkilmiş film.
Mövzusu
Filmdə Yerdən çox uzaqda, Orion bürcündəki Betelgeyze ulduzu ətrafında dövrə vuran Sorora planetindəki meymunların üsyan etməsi və insanları kölə halına salmasından bəhs olunur. O planetdə hər şey tərsinədir: insanlar meymunların, meymunlar da insanların yerini tutublar.
Meymunların sivilizasiya yaratdıqları həmin planetdə insanlar mağara dövrünün adamları təki qəbilələr və dəstələr halında yaşayır, ov etmək və ot-ələf toplayıb yeməklə ömür sürürlər.
Meymunlar isə onları tələyə salır, tutur, sonra tibbi və elmi sınaqlarda istifadə edir, ya da qəfəslərə salıb zooloji parklarda balaca meymunların əylənməsi üçün saxlayırlar.
Amerikalı kinorejissor Franklin Şeffner bu filmi çəkəndə insanlara mesaj vermək istədiyini deyirdi.
"Vaxt gələcək və insanlar meymunların əsarətində, onların kontrolu altında olan məxluqlara çevriləcəklər?! Təbii, buna indi inanmaq çətindir, daha doğrusu, mümkün deyil. Fəqət, hadisələrin inkişaf məcrası və ən başlıcası - insanların ətraf mühitə münasibəti, elmi araşdırmaların istiqamətləri və əldə edilən nəticələr belə proqnozlarla bağlı qətiyyətlə "Olmayacaq!" deməyə imkan vermir. Mən deyirəm - hər şey ola bilər! Çünki biz tədricən yolumuzdan çıxmağa, irəli getmək əvəzinə, geriləməyə başlayırıq" - Şeffner demişdi.
Şeffnerin söylədiklərini onun həmkarları və jurnalistlər az qala sayıqlama hesab etmişdilər. Onu "hadisələri olduğu kimi görməyən, yaxud da görmək istəməyən" adam adlandırmış, söylədiklərini isə növbəti "rejissor xülyası" sayaraq ciddiyə almamışdılar. Halbuki Şeffner təlaşa düşməkdə, narahat olmaqda və ən mühümü - aparılan elmi araşdırmalarla tədqiqatların nəzarətdə saxlanmasını tələb etməkdə haqlı idi.
Tarix: 19.02.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Filimler