Məzmun
Kinolent insanın günaha batması haqqındadır. Ərini itirmiş qadın oğlu ilə qəbristanlığa ərinin qəbrini ziyarət etməyə gəlir. Həmin vaxt bir kişi də qızı ilə arvadının qəbrini ziyarət edir. İlk tanışlıq sonradan ehtiraslı sevgiyə çevrilir, ölülərini, hətta övladlarını belə unudurlar. Ehtirasın insan ağlına hakim kəsildiyi bir vaxtda İsa peyğəmbər yenidən zühur edir. Film insanın günaha batması mövzusunda fantaziyadır.
Film haqqında
Film rejissor Şahin Sinanın quruluşçu rejissor kimi kinoda ilk işidir.
Festivallar və mükafatlar
1)1992-ci ildə Geteborq şəhərində(İsveç) keçirilən Beynəlxalq kinofestival
Rejissor Şahin Sinaya ən yaxşı debütə görə Priz və Diplom verilmişdir.
2)1993-cü ildə Sankt-Peterburqda "Bəyaz Gecələr" devizi altında keçirilən "Festivallar Festivalı" beynəlxalq kino baxışı
Filmə "Novoe Kino" Prizi və Diplomu verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Şahin Sina
Quruluşçu rejissor : Şahin Sina
Quruluşçu operator : Nikolay Pokoptsev
Quruluşçu rəssam : Andrey Pastuşenko
Bəstəkar : Andrey Andersen
Səs operatoru : Oksana Struçina
Prodüser : Anatollu Qasımov(Anatoli Qasımov kimi)
Rollarda
Zemfira Nərimanova
Aleksandr Mixayliçenko
Tarix: 15.02.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Filimler