Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərviş Parisi partladır (film, 1976)

Məzmunu
Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi müsyö Jordan(Sergey Yurski) mülkədar Hətəmxan ağanın(Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi(Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.

Film haqqında
Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Əsərin Müəllifi : Mirzə Fətəli Axundov
Ssenari müəllifi : Ədhəm Qulubəyov
Quruluşçu rejissor : Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov
Quruluşçu operator : Zaur Məhərrəmov, Arif Nərimanbəyov
Quruluşçu rəssam : Nadir Zeynalov
Geyim rəssamı : Elbəy Rzaquliyev
Bəstəkar : Tofiq Quliyev
Səs operatoru : Əziz Şeyxov
Rejissor : Akif Rüstəmov
Təcrübəçi Rejissor : Ziyafət Abbasov
Operator : Vaqif Muradov
Dekor rəssamı : Fikrət Ələkbərov
Qrim rəssamı : V. Bereznyakov
Montaj edən : Lidiya Vyalsova
Redaktor : Fərman Kərimzadə
Rejissor assistenti : Ziya Şıxlinski, T. Atakişiyev
Operator assistenti : T. Əlizadə
Rəssam assistenti : A. Stepanova
Quraşdırılmış səhnələrin operatoru : Mirzə Mustafayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Çalır : Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri
Dirijor : R. Məlikaslanov
Filmin direktoru : Nazim Ələkbərov

Rollarda

Sergey Yurski-Müsyö Jordan
Mirzə Babayev-Dərviş Məstəli şah
Adil İsgəndərov-Hətəmxan ağa
Leyla Bədirbəyli-Şəhrəbanu
Səfurə İbrahimova-Sənəm
Mömünat Qurbanova-Şərəfnisə
Ənvər Həsənov-Şahbaz bəy
Həsənağa Turabov-Rəşid bəy
S. Bağırova-Gülçöhrə
Fazil Salayev-Qulaməli
Kamil Məhərrəmov-Qəmbər
Ramiz Əzizbəyli-Nökər
V. Marianbey
Fikrət Ələkbərov
Osman Həqqi-Bəy
A. Məmmədzadə
Bahadur Əliyev-Bəy
N. Məhərrəmov
Gümrah Rəhimov-Bəy
Arif Mədətov-Bəy (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Əliağa Ağayev-Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur)


Tarix: 13.02.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 296 Bölmə: Filimler
loading...