"Uğursuzlar" (fr. La Chèvre) — rejissor Fransis Veberin filmi.Mündəricat
1 Məzmun
2 Filmin heyəti
2.1 Film üzərində işləyənlər
2.2 Rollarda
Məzmun
Böyük bir şirkətin prezidentinin qızı inanılmaz dərəcədə uğursuz insandır. Latın Amerikasına kurorta gedən qız bədbəxt hadisədən sonra quldurların əlinə keçir. Axtarışlar nəticə vermir. Prezident olanlara bir çarə tapa bilmir. Amma orada işləyən psixoloq prezidentə bir ideya verir: mühasibatlıqda Fransua Perren adlı çox uğursuz bir insan işləyir. Əgər o da qızın getdiyi yerə getsə, Perren eynilə qızın düşdüyü uğursuzluqlara düşəcək. Belə olsa, prezidentin adamları qızın izinə düşə bilərlər. Ağlına başqa variant gəlməyən prezident Perreni şəxsi xəfiyyəsi Kampana ilə qızının getdiyi yerə göndərir.
Demək olar ki, psixoloqun versiyası düz çıxdı. Bir çox uğursuz macəralara düşən Perren mənasız, uğursuz və bəzən məzəli hadisələrdən sonra prezidentin qızını tapır.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Fransis Veber
Rejissor : Fransis Veber
Operator : Aleks Fillips
Bəstəkar : Vladimir Kosma
Prodüser : Alan Puare
Rollarda
Pyer Rişar – Fransua Perren
Jerar Depardye – Jan Kampana
Pedro Armendares – Kostao
Korinn Şarbi – Mari Bens
Marisa Olivares
Andre Valardi – psixoloq Meyer
Xorxe Lüke – Xuan Arbal
Serxio Kalderon
Mişel Roben – milyonçu Bens
Tarix: 21.02.2013 / 19:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 187 Bölmə: Filimler