Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gizli qalada üç əclaf (film, 1958)

Məzmun

Filmin əvvəlində iki bədbəxt kəndli Tahey və Matasiti döyüş meydanından qaçırlar. Evə aparan yolu tapmağa çalışan kəndlilər general Rokurota Makabe ilə rastlaşırlar. O, taxtdan salınmış kral ailəsinin şahzadə xanımını gizli surətdə təhlükəsiz əraziyə köçürmək istəyir. Daha sonra satın alınaraq bir qul alverçisinin karvansarasının həyətində saxlanılan fermer qızı da onlara qoşulur. Çox keçmir ki, kəndlilər də onlara qoşulur. Lakin əvvəlcədən nəzərdə tutulmamış bu hal generalın işlərini çətinliyə salır. Hətta iş o yerə gəlib çatır ki, kəndlilər şahzadənin qızıllarını götürüb aradan çıxmağa çalışırlar. Beşlik ümidsiz halda çətin bir qərar qəbul edirlər. Onlar qızıl dolu yüklərlə düşmən tərəfinə keçirlər. General və şahzadənin isə yeganə məqsədi vətənin keçmiş əzəmətini bərpa etmək və itirilmiş əraziləri geri qaytarmaqdır.

Film haqqında
Bu film Akira Kurosavanın genişekranlı "TohoSkop" formatında çəkdiyi ilk işidir.
2008-ci ildə Yaponiyada bu filmin "Sonuncu şahzadə" adlı rimeyki çəkilmişdir.

Mükafatlar

Berlin kinofestivalı (1959)
Ən yaxşı rejissor işinə görə "Gümüş ayı" mükafatı – Akira Kurosavaya

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifləri : Sinobu Hasimoto, Akira Kurosava, Rüdzo Kikusima, Hideo Oquni
Rejissor : Akira Kurosava
Operator : Kadzuo Yamasaki
Bəstəkar : Masaru Sato
Prodüserlər : Sanedzumi Fudzimoto, Akira Kurosava

Rollarda
Tosiro Mifune – general Rokurota Makabe
Misa Uexara – şahzadə Yuki
Minoru Tiaki – Tahey
Kamatari Fudzivara – Matasini
Susumu Fudzita – general Hyoe Tadokoro
Takasi Simura – general İdzumi Naqakura


Tarix: 22.02.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: Filimler
loading...