Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaramaz (film, 1988)

Məzmun
Hətəm (Mamuka Kikaleyşvili) kimi cavan oğlanı həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü ucbatından belələri "işgüzar" adamlar tərəfindən lağa qoyulur. Hər tərəfdə alver gedir, oğurluq edilir, sövdələşmə aparılır. İş icraçısı (Muxtar Maniyev) yeni tikilən evin materiallarını satır, nazirin sürücüsü (Mənsur Məmmədov) şəxsi işi üçün onun adından istifadə edir. Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, "ağıllanmağı" qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir. Yalançılıq, amansızlıq, satqınlıq onun iliyinə işləyir. Nəticədə...Hətəm dünyanın sahibi olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.
Faciəvi komediyaya yaxın olan filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyunun səbəbləri tədqiq olunur.

Film haqqında
Amerikan tənqidçisi R. Hollouey "Faynənşl Tayms" qəzetində "Yaramaz" filmini yenidənqurmanın ab-havasını göstərən ən yaxşı ekran əsəri hesab etmiş, kinolenti sovet kinosunda yeni dalğanın ilk uğurlu müjdəçisi adlandırmışdır.

Səhvlər
Filmin əvvəlində Hətəmin evində adamlar çarpayını daşıyanda sol tərəfdəki televizora diqqət etsək, sonrakı kadrda o yer dəyişmişdir.
Maşalla Mirzə baba ilə maşından düşəndə onların qabağından xarici maşın keçir. Çəkiliş qrupu xarici maşının şüşəsində əks olunur.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Ramiz Fətəliyev, Vaqif Mustafayev
Quruluşçu rejissor : Vaqif Mustafayev
Quruluşçu operator : Aleksandr İlxovski
Quruluşçu rəssam : Rafiq Nəsirov, Nazim Hacıyev
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Əsəd Əsədov
Rejissorlar : Nadir Əzməmmədov, Nizami Musayev
Operator : R. Quliyev
Montaj edənlər : Nelli Dadaşova, R. Novikova
Geyim rəssamı : Y. Kirşner
Qrim Rəssamları : Elbrus Vahidov, Çingiz Paşayev
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Rejissor Assistentləri : Elman Şeydayev, Nizami Məmmədov, İ. Kutsubova, Rafiq Orucov
Operator Assistentləri : Mixail Xarçenko, R. Fətullayev
Montajçı Assistentləri : L. Hacıverdiyeva, Lyudmila Lotina
İşıq Ustası : Rüstəm Rüstəmov
Fotoqraf-Rəssam : Natiq İbrahimov
İnzibatçı Qrup : Arif Kərimov, M. İsmayılov, Nəmxuda Usubəliyev, Aydın Hüseynov
Filmin Redaktoru : Q. Juravlyova
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor : Konstantin Krimets
Kaskadyor : Nizami Musayev
Filmin direktoru : Nadir Əliyev

Rollarda

Mamuka Kikaleyşvili-Hətəm
Həsənağa Turabov-Qəzənfər
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Maşalla
Larisa Borodina-İradə
Ağahüseyn Kərimov-Mirzə baba
Hamlet Xanızadə-Ələsgər
Məlik Dadaşov-Molla
Zərnigar Ağakişiyeva-Qaynana
Hacı İsmayılov-Hacı
Bəsti Cəfərova-Ələsgərin katibəsi
Rasim Balayev-Nazir köməkçisi
Səidə Quliyeva-Hətəmin keçmiş arvadı
Muxtar Maniyev-İş icraçısı
Eldəniz Zeynalov-Hətəmin iş yoldaşı
Rahib Əliyev-Hətəmin iş yoldaşı
Zöhrə Şirinova(Z. Şirinova kimi)
Nazim Ağayev-Hətəmin sürücüsü Muxtar
Lalə Bağırova-Katibə
Əli Musayev
Brilliant Dadaşova-Qonşu
Nəmxuda Usubəliyev
M. Mədətov
Ə. Babayev-Zavod işçisi
Mənsur Məmmədov-Nazirin sürücüsü Həsənağa
Arif Quliyev-Dazbaş işçi
Hamlet Qurbanov-Fotoqraf
Ülkər Quliyeva(Ü. Quliyeva kimi)
Tələt Rəhmanov-Artist Balayan
Cahangir Aslanoğlu-Bəhram
Arif Kərimov-Sahə müvəkkili
Y. Koloskova
V. Suetin
K. Səfərov
Ruslan Nəsirov-Papiros satan
Çingiz Mustafayev-Metrodakı oğlan
Nuriyyə Əhmədova-Satıcı
Ramiz Məlikov-Qonaqlıqda rəqs edən
Bahadur Əliyev-Yas yerindəki adam
Ələsgər Məmmədoğlu-Ələsgərin işçisi
Hüseyn Muradov-Nazir
Mübariz Əlixanoğlu-Satıcı
Fikrət Məmmədov-"Moskviç"in sürücüsü
Nizami Musayev-Hətəmi döyən (titrlərdə yoxdur)
Vahid Əliyev-Hətəmin iş yoldaşı (titrlərdə yoxdur)
Kübra Dadaşova-Qonaqlıqdakı qadın (titrlərdə yoxdur)
Elşən Şıxəliyev (titrlərdə yoxdur)

Filmi səsləndirənlər
Nəcibə Hüseynova-Hətəmin arvadı (Səidə Quliyeva) (titrlərdə yoxdur)
Həsən Əbluc-Hətəm (Mamuka Kikaleyşvili) (titrlərdə yoxdur)
Əliabbas Qədirov-Molla (Məlik Dadaşov) (titrlərdə yoxdur)
Sona Mikayılova-Mərziyyə (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-İşçi (titrlərdə yoxdur)
Arif Qasımov-Nazir (Hüseyn Muradov) (titrlərdə yoxdur)
Sadıq Hüseynov-Qonşu (titrlərdə yoxdur)
Pərviz Bağırov-Komsomolçu (titrlərdə yoxdur)

Festivallar və mükafatlar
1)1989-cu ildə Odessada "Qızıl Dyuk" Beynəlxalq Kinofestivalı
Filmə Odessa centlmenlərinin Prizi verilmişdir.
Hətəm rolunun ifasına görə aktyor Mamuka Kikaleyşviliyə Priz verilmişdir.
2)1989-cu ildə Qabrovoda komediya filmlərinin festivalı
Filmə "Çaplinin Qızıl Əl Ağacı" Prizi verilmişdir.
3)1989-cu ildə
Film "Sovetskaya Kultura" qəzetinin Prizinə layiq görülmüşdür.
4)1989-cu ildə Kalinində sovet kinosu aktyorlarının "Ulduzlar-89" I Ümumittifaq Festivalı
Aktyor Mamuka Kikaleyşviliyə debütə görə Priz verilmişdir.
5)1991-ci ildə
Quruluşçu rejissor Vaqif Mustafayevə, quruluşçu operator Aleksandr İlxovskiyə, səs Operatoru Əsəd Əsədova, aktyorlar Mamuka Kikaleyşviliyə və Yaşar Nuriyə, quruluşçu rəssam Nazim Hacıyevə, ikinci rejissor Nizami Musayevə Azərbaycan Republikasının Dövlət Mükafatı verilmişdir.


Tarix: 17.02.2013 / 17:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 479 Bölmə: Filimler
loading...