Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Afroditanın qolları (film, 1987)

Məzmun
Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltəraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.

Film haqqında
Filmdə İlya Nisanovun rəhbərliyi altında kloun qrupu çıxış edir.
Film rejissor Davud İmanovun quruluşçu rejissor kimi kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Nüsrət Kəsəmənli
Quruluşçu rejissor : Davud İmanov
Quruluşçu operator : Nizami Abbasov
Quruluşçu rəssam : Şamil Nəcəfzadə
Bəstəkar : Xəyyam Mirzəzadə
Səs operatoru : Kamal Seyidov
Qrim rəssamı : Rəna Əliyeva
Dekor rəssamı : Nazim Hacıyev
Rejissor : Firudin Hümbətov
Rejissor assistenti : Anna Dubova
Operator assistenti : Əbdülnəsir Kutiyev(Əbdülnəsir Qutiyev kimi)
Montaj edən : Gülşən Səlimova
Redaktor : Eldəniz Quliyev
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Filmin direktoru : Liliya Zöhrabova

Rollarda
Rafiq Əliyev (II)-Cahid
Olqa Zolotuxina-Cahidin arvadı
Muxtar Avşarov-Molla
Təvəkkül İsmayılov-Cahidin tanışı
Əliqulu Səmədov-Yanğınsöndürən idarəsinin işçisi

Filmi səsləndirənlər
Nəcibə Hüseynova-Arzu (titrlərdə yoxdur)
Rasim Balayev-Cahid (Rafiq Əliyev (II)) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-erməni (titrlərdə yoxdur)


Tarix: 08.02.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 322 Bölmə: Filimler
loading...