"Boşboğaz" (rus. Баламут) — rejissor Vladimir Roqovoyun filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda
Məzmun
Kənd məktəbinin məzunu Pyotr Qoroxov yaşadığı Dyadkovo kəndindən Moskvaya – nüfuzlu iqtisadiyyat universitetinə daxil olmağa gəlir. Ali məktəbə daxil olmaq ona bir möcüzə sayəsində nəsib olur. Petyanı həmişə həyatda təsadüflər xilas edir. Əyalətdən olan oğlan digər tələbələrdən kəskin fərqlənir. Lakin buna baxmayaraq Pyotr digər tələbələrin əhatəsində qəbul olunur və qabaqcıllardan birinə çevrilir. Onun iki problemi olmasaydı, hər şey daha da yaxşı olardı – Nyu-Yorkdan olan gözələ olan cavabsız sevgisi və ingilis dilini bilməməsi...
Film haqqında
Bu ekran əsərində Maqsud adlı bir azərbaycanlı tələbə obrazı yaradılmışdır. Filmdə həmin obrazı tanınmış Azərbaycan aktyoru Ötkəm İsgəndərov ifa etmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Sergey Bodrov (II)
Quruluşçu rejissor : Vladimir Roqovoy
Operator : Vyaçeslav Yeqorov
Rəssam : Mixail Fişqoyt
Bəstəkar : David Aşkenazi
Rollarda
Vadim Andreyev – Pyotr Qoroxov
Nataliya Kaznaçeyeva – Anya
Nikolay Denisov – Sanya
Vladimir Şixov – Oqorodnikov
Valentina Klyagina – Katya
Ötkəm İsgəndərov – Maqsud
Noris Polastre – Noris
Yevgeni Karelski – Serebryakov
Larisa Blinova – Sinyakina
Yevgeniya Simonova – Romaşova
Vadim Zaxarçenko
Tarix: 21.02.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: Filimler