Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük şəhərin işıqları (film, 1931)

"Böyük şəhərin işıqları" (ing. City Lights) — rejissor Çarli Çaplinin filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Filmin üzərində işləyənlər
3.2 Rollarda
4 Xarici keçidlər
4.1 Video
4.1.1 İzlə


Məzmun

Bir gün avara (Çarli Çaplin) böyük şəhərdə özü üçün sərgərdan gəzir. Bu zaman o, bir kor qızla (Virciniya Çerrill) rastlaşır. Elə onun kimi bədbəxt və heç kəsə lazım olmayan bu qız gül satmaqla məşğuldur. Qız elə zənn edir ki, qarşısındakı varlıdır və onun üçün bir gül dəstəsi hazırlayır. Lakin təsadüfən qız gülləri əlindən yerə salır. Gülsatan diz üstə çökərək əlilə gülləri axtarmağa başlayır. Avara güllərin yerini qıza göstərir, lakin qız hələ də gülləri axtarmağa davam edir. Avara başa düşür ki, o, kordur. Mütəəssir olmuş avara qıza qalxmağa kömək edir.

Bir gün avara sərxoş vəziyyətdə özünə qəsd etmək istəyən ekssentrik milyonçunun həyatını xilas edir. Lakin avara milyonçuda çox qəribə bir xüsusiyyət müşahidə edir. Milyonçu sərxoş olanda avaraya ən yaxın dostu kimi yanaşır. Ancaq ayılandan sonra onu tanımır və öz evindən qovur.

Avara öyrənir ki, Vyanadakı göz klinikasında əməliyyat qızın görməsinə səbəb ola bilər. Bunun üçün pul əldə etmək istəyən avara müxtəlif yollara əl atır. Küçələri gəzir, rinqdə boksla məşğul olur. Lakin təsadüfən sonra yenidən sərxoş və son dərəcə əliaçıq milyonçu ilə rastlaşır. Bədbəxtlikdən milyonçu ona pulları evinə oğrular girən vaxt verir. Artıq götürdüyü pulları gülsatan qıza çatdıran avaradan oğurluq etdiyi ilə bağlı şübhələnməyə başlayırlar. Onu həbsxanaya atırlar.

Avara isə həbsxanadan əvvəlkindən də pis vəziyyətdə çıxır. Bütün bu vaxt ərzində artıq gözlərinin müalicəsi uğurla başa çatmış qız gül dükanı açıb. Gülsatan qız heç vaxt heç vaxt öz "xilaskar"ının üzünü görməyib və həmişə bunun arzusundadır. Qız onu xəyalında varlı və gözəl təsəvvür edir. Həbsdən çıxmış avara təsadüfən həmin gül dükanının qarşısından keçir və sevinclə artıq gözləri açılmış qıza tamaşa edir. Qız yaxınlaşıb ona qəpik və gül vermək istəyəndə o, qaçmağa çalışır. Çünki avara öz görkəmindən utanır, qızla danışmaqdan çəkinir. Lakin qız əlinə toxunanda onu tanıyır. Onlar diqqətlə br-birinə baxırlar. "Siz?" – deyə qız təəccüblənir. Başı ilə təsdiq edən avara: "Artıq siz görürsünüz?" – deyə ondan soruşur.

Filmin həmin final səhnəsi dünya kinematoqrafiyasının tarixində ən kəskin və heyrətə layiq sonluqdur.

Film haqqında
Bu film pantomim formasında çəkilmiş romantik komediyadır.
Filmdə avara ilə gülsatan qızın ilk görüş səhnəsi, yəni avaranın ilk dəfə qızın kor olduğunu bilməsi səhnəsi düz 5 günə çəkilmişdir.
Filmin büdcəsi 1,5 milyon dollar təşkil edir.
Filmin çəkilişləri 31 dekabr 1927-ci ildə başlamış və təxminən 3 il davam etmişdir. Film üzərində iş böyük böhran vaxtına təsadüf etmişdi. O zaman artıq bir neçə il idi ki, səsli kino yaranmışdı. Elə buna görə də Çaplin öz filmlərində musiqidən istifadə etmək imkanı əldə etmişdi. Film 22 yanvar 1931-ci ildə başa çatdırıldı. Ekran işinin ilk nümayişi 30 yanvar 1931-ci ildə Los-Ancelesdə olmuşdu.

Filmin heyəti

Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Çarli Çaplin
Rejissor: Çarli Çaplin
Operatorlar: Qordon Pollok, Roland Totero
Bəstəkar: Çarli Çaplin
Prodüser: Çarli Çaplin

Rollarda
Çarli Çaplin – avara
Virciniya Çerrill – kor qız
Florens Li – nənə
Herri Mayers – milyonçu
Allan Qarsia – eşikağası
Henk Mann – boksçu


Tarix: 19.02.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Filimler
loading...