Məzmun
Film Xocalı faciəsi haqqındadır. Burada iki yeniyetmənin-qardaşla(Tacir Əzizov) bacının(Nüşabə Abdullayeva) düşmən əhatəsindən çıxmaq üçün olmazın əzablara qatlaşmalarından danışılır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri olmazın əzablara şahid olan iki yeniyetmə, çıxış yolunu özlərini dağdan atmaqda görürlər.
Film haqqında
Kinolent yazıçı Nüşabə Məmmədovanın "Haray" pyesinin motivləri əsasında çəkilmişdir.
Film Qurani-Kərimin Fatihə surəsi ilə başlayır.
Filmin çəkilişlərinə Xocalı, Hacıkənd, Xanlar(indiki Göygöl), Goranboy rayonlarının və Gəncə şəhərinin camaatı köməklik göstərmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Nüşabə Məmmədova, Eldəniz Quliyev
Quruluşçu rejissor : Oruc Qurbanov
Quruluşçu operator : Rövşən Quliyev
Quruluşçu rəssam : Asif Məmmədov
Bəstəkar : Qalib Məmmədov
Səs operatoru : Əsəd Əsədov
Rejissor : Ənvər Həsənov
Operator : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi), Vaqif Muradov
Rejissor assistenti : Mirvahab Əmirov
Operator assistenti : Nadir Mehdiyev
Montaj edən : Rəfiqə İbrahimova
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Məsləhətçi : Yusif Məmmədov (polis polkovniki)
İşıq Ustası : Sabir Əliyev, Akif Rəhimov
İnzibatçı : Hümbət Abbasov, Vladimir Şevulov, Çingiz Əliyev
Çalır : Rafiq Babayevin İdarsəilə İnstrumental Ansambl
Mahnı İfa edən : Brilliant Dadaşova, Azər Zeynalov
Musiqi redaktoru : İsmayıl Dadaşov
Redaktor : Ziyafət Abbasov
Filmin direktoru : Əlfi Şükürov
Rollarda
Nüşabə Abdullayeva-Bacı
Tacir Əzizov-Qardaş
Pərvanə Qurbanova
Xələf Cəfərov
Dokoşto Erneşto-Zənci əsgər
Konstantin Artyomov
Qədir Həsənov
Y. Məmmədov
Səidə Quliyeva-Ana
Maya Məmmədova
S. İsmayılov
R. Nadirov
Məmmədəli Balayev
C. Məmmədov
Çəkilişə köməklik edən qurumlar
Gəncə Toxuculuq Kombinatı
Gəncə Şəhər İcarə Mətbəəsi
Gəncə Sənaye-Ticarət Birliyi
Qarabağ Əlillərinin "Xatirə" Xeyriyyə Cəmiyyəti
Bakı-Qafqaz Enerjitəmir İdarəsi
Tarix: 14.02.2013 / 21:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 466 Bölmə: Filimler