Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dağlarda döyüş (film, 1967)

Məzmun
Hərbi-vətənpərvərlik filmində sərhədçilərin adi, gündəlik fəaliyyətlərindən, sərhəddə sayıq durmalarından, çətin, lakin şərəfli vəzifələrindən danışılır. Valideyn məhəbbəti ilə vətənə, vəzifə borcuna sədaqətin qarşılıqlı olması, amma vətənin hər şeydən uca tutulması filmin əsas qayəsidir.
Filmdə II Dünya müharibəsində əsir düşənlərin yaralı şəraitdə düşmən əlinə keçməsinə baxmayaraq vətənə qayıtdıqdan sonra repressiya qurbanı olmalarından və onların faciəli aqibətindən də söhbət açılır.

Film haqqında
Film ssenari müəllifi Əhmədağa Qurbanovun kinoda ilk işidir.
Film aktyor Şahmar Ələkbərovun kinoda ilk işidir.
Film yazıçı Əhmədağa Qurbanovun (Muğanlı) "Tikanlı Məftillər" povesti əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Əhmədağa Qurbanov
Quruluşçu rejissor : Kamil Rüstəmbəyov
Quruluşçu operator : Teyyub Axundov
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Cahangir Cahangirov
Səs operatoru : Əziz Şeyxov
Məsləhətçi : N. Peskov (general-mayor), S. Baranov (polkovnik)
Rejissor : Məmməd Əlili
Rejissor assistenti : Əşrəf Mamayev, T. Məmmədov, Əbdül Mahmudov
Operator assistenti : Sərdar Vəliyev(S. Vəliyev kimi), Ş. Zalov
Geyim rəssamı : Məmməd Hüseynov
Qrim rəssamı : Telman Yunusov
Fotoqraf : Y. Sazonov
Rəssam assistenti : Ə. Musayev
Montaj edən : A. Klebanova
Montaj üzrə assistent : M. Balamsa
Quraşdırılmış səhnələrin operatoru : Teyyub Axundov
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Redaktor : Y. Vəkilov
Filmin direktoru : S. Bəyazov
Çalır : Nazirlər Soveti Yanında Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : A. Roytman
Mahnını İfa edən : Oqtay Ağayev

Rollarda
Şahmar Ələkbərov- Fərrux
Rza Əfqanlı- Sərxan
Möhsün Sənani- Qəmbər
Ofeliya Sənani- Hicran
Stanislav Kovtun- Mayor Nəzərov
Kamal Xudaverdiyev- Baş leytenant Rəhimov
İvan Pereverzev- Polkovnik
Vladimir Kolokoltsev- Oleq
Süleyman Ələsgərov (II)- Mayor Poladov
Abbas Rzayev- Feyzi
Məlik Dadaşov- Sərhədpozan
Ətayə Əliyeva- Qəmbərin arvadı
Heydər Şəmsizadə
Yuri Muzıçenko
Vladimir Breus
Əhməd Əhmədov-Kontrabandaçı
İsmayıl İsayev
Yusif Vəliyev-Milis işçisi

Filmi səsləndirənlər
Rafiq Əzimov-Oleq (Vladimir Kolokoltsev) (titrlərdə yoxdur)
Əli Zeynalov-Polkovnik (İvan Pereverzev) (titrlərdə yoxdur)
Yusif Vəliyev-Sərxan (Rza Əfqanlı) (titrlərdə yoxdur)
Həsənağa Turabov-Sərhədçi (titrlərdə yoxdur)
Bahadur Əliyev-Rus sərhədçi (titrlərdə yoxdur)
Ramiz Məlikov-Rus sərhədçi (titrlərdə yoxdur)
Hamlet Xanızadə-Milis işçisi (Yusif Vəliyev) (titrlərdə yoxdur)


Tarix: 12.02.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 449 Bölmə: Filimler
loading...