Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mamma Mia! (film, 2008)

Film haqqında
Filmin çəkilişləri Londonda və Yunanıstanda aparılıb.
Film İsveçin məşhur "ABBA" qrupunun mahnıları əsasında çəkilmiş eyniadlı müziklin ekranlaşdırılmış variantıdır.
Film indiyədək teatr və televiziya tamaşaları üzərində çalışmış Fillida Lloydun böyük kinoda debütü idi.
Ssenarini orijinal müziklin müəlliflərindən olan Katrin Conson yazmışdı.
Filmin Stokholmda baş tutan premyerasına əfsanəvi kvartet üzvlərinin hər biri - Anni-Frid Linqstad, Aqneta Faltskoq, Benni Andersson və Byorn Ulveus da təşrif buyurmuşdular.
Meril Strip hələ məktəb illərində mahnı oxumağı arzuladığı üçün təklifi düşünmədən qəbul edib. "ABBA" mahnılarının atmosferinə düşmək onun üçün ikinci gəncliyini yaşamaq demək idi.
Filmin müzikldan yeganə fərqi "ABBA" mahnılarının sayıdır. Müziklda 22, filmdə isə 19 mahnı səslənib.
Filmin 2 versiyası çəkilmişdi. Bunlardan 1-də müzikl aktyorları, digərində isə kino ulduzları iştirak etmişdilər.


Tarix: 19.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 86 Bölmə: Filimler
loading...