E.ə. 1290-ci il
E.ə. 1700-ci ildə Misirdə, baş rahip İmhotep (Arnold Voslu) ilə Firon I Setinin gözdəsi Ank-Su-Namun (Patrisiya Velaskez) arasında gizli bir eşq vardır. Bir gün onlar bir yerdə otağa girirlər. Otağa girən I Set onları bir yerdə görür. Lakin Ank-Su-Namun və İmhotep birlikdə fironu öldürürlər. İmhotep köməkçiləri sayəsində qaçarkən Ank-Su-Namun özünü öldürür. İmhotep Ank-Su-Namunu canlandırmaq üçün bədənini "Ölülər şəhəri"nə (Hamunaptra) aparır. Ank-Su-Namun dirilərkən Fironun gözətçiləri İmhotep və rahiblərini dayandırırlar. Bu hadisə nəticəsində İmhotepin rahibləri qorxunc cəzalar alır. İmhotep isə daha əvvəl heç edilməyən bir lənətlə cəzalandırılır; diri-diri sarılaraq (Mumiya) "Home-Dai" lənəti ilə ölümsüzlük cəzası alır. Hamunaptrada Anubis heykəlinin ayağının altına basdırılıb və tabutuna dırnaqlarıyla "Ölüm yalnız başlanğıcdır" yazır.
1923-cü il
1923-cü ildə "Fransız Xarici Legionu"nun nümayəndəsi olan Rik O'Konnell (Brendan Freyzer) qızıl axtarışında Xamunaptra şəhərinə gəlir. Lakin burada ərəb atlıları tərəfindən təzyiqə uğrayır. O'Konnell qumların necə qalxdığını görür. Lakin bu hissədən qaçarkən qumda yaranan Mumiya sifətini görmür. Ona ərəb atlıları toxunmur və azadlığa buraxılır. Onlara elə gəlir ki, bu yad adam Ərəb səhrasında sağ qalmayacaqdır. Buna baxmyaraq O'Konnell sağ qalır və qul olaraq qul bazarına verilir.
1926-cı il
Bu hadisədən 3 il sonra Evelin "İvi" Karnahan (Reyçel Vays) adında Qahirə kitabxanaçısı Qədim Misir şəhəri Hamunaptradakı qazıntılarla maraqlanmağa başlayır. Qardaşı Conatan ona mücrü göndərir. Mücrüdəki Misir İeroqlifləri onu daha da maraqlandırır. Conatan ona deyir ki, bunu hal-hazırda zindanda olan ik O'Konnelldən oğurlamışdır. Evelin qardaşıyla birlikdə öz suallarına cavab tapmaq üçün şəhərə yollanır. Yolda onlar Hamunaptra xəzinəsini axtaran Rik O'Konnellin asıldığını görürlər. Evelin və qardaşı onu ölüm cəzasından qurtarırlar. Bunun əvəzində Rik O'Konnell onlara Hamunaptra xəzinəsi haqqında məlumat verir. Onlar və digər xəzinə axtaran şəxslərlə birlikdə yollarını davam edirlər.
Şəhərə çatdıqdan sonra Yeraltı məqbərənin içinə daxil olurlar. Evelin burada Amon-Ranın kitabını axtarır. Digər Amerikanlılar Yeraltı məqbərədə Ank-Su-Namunun Kanopdakı orqanlarını və "Ölülər kitabı"nı tapırlar. Bunu görən Evelin gecə vaxtı onların düşərgəsindən kitabı çıxararaq özü üçün oxumağa başlayır. Evelin kitabdakı İeroplif yazıları oxumağa başlayır. Özü də bilmədən İmhotepi dirildir. Dirilən Mumiya Amerikanları axtarmağa başlayır. Bu işdə ona Rik O'Konnellin xoşuna gəlmədiyi Ben adlı səyahətçi kömək edir. Müddət geçdikcə Evelin başa düşür ki, Kitabdakı İeroqlifləri oxuyaraq Mumiyanı diriltmişdir. Mumiya isə onu öz arvadı edərək, Yeraltı məqbərədə öldürmək istəyir ki, Ank-Su-Namun dirilsin. Rik O'Konnell Evelin ilə nə qədər qaçsa da, Mumiya onları tapa bilir. İmhotep Evelini özü bigə aparır. Bu hadisədən sonra Rik O'Konnell və Evelinin qardaşı Conatan ilə bərabər onların ardınca yola düşür.
İmhotep Evelini Yeraltı Məqbərəyə apararaq, öldürmək istəyir. Ank-Su-Namun yavaş-yavaş ayılmağa başlayır. Bu zaman Rik O'Konnell onlara çata bilir. Lakin buna baxmayaraq Rik O'Konnell İmphotepin köməkçiləri başqa Mumiyalarla qarşılaşır. Bu vaxtda Ben qızılları özü ilə birgə aparmaq istəyir. Ben yolda ona tərəf gələn Skarabeyləri görür. Ben öz tələsinə düşərək ölür. Rik O'Konnell İmhotep ilə çətin mübarizə aparır. İplərdən xilas olan Evelin "Ölüm kitabı"ndakı İeroqlifləri oxumağa başlayır. Bu zaman Qədim Misir döyüşçüləri peyda olaraq, İmhotepi özləri ilə birlikdə aparır. Qəhrəmanlar Rik O'Konnell, Evelin və Conatan xilas olurlar. Rik O'Konnell heyfslənməyə başlayır. Çünki özü şəhərə qızıl axtarmaq üçün gəlmişdir. Buna baxmayaraq buranı əliboş tərk edirdi. Lakin qəhrəmanlar paxıl Benin Dəvələrin üzərində yaddan çıxardığı qızılları görərək bərk sevinirlər. Onlar özləri ilə birlikdə Dəvələrin üzərində külli miqdarda qızıl aparırlar.
Xəbərdarlığın sonu.
Tarix: 18.02.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: Filimler