Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayquş gələndə (film, 1978)

Məzmun
Lirik-psixoloji dramdakı hadisələr Abşeronun kiçik yaylaq qəsəbələrindən birində cərəyan edir. Kinolentin qəhrəmanı burada müxtəlif adamlarla qarşılaşır.
Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) bütün yay tətili günlərində dənizin sahilində oturub suya tilov atır və balıq tutmaqla məşğul olurlar. Vasif həm də arzu edir ki, onun birmotorlu qayığı olsun və bu qayıqla dənizdə balıq ovuna çıxsın. Elə onların evlərinin yaxınlığında qocaman bir kişi(İsmayıl Osmanlı) yaşayır. Keçmişdən, gələcəkdən maraqlı əhvalatlar danışan bu kişinin evinə Tahir də tez-tez qonaq gəlir. Elə bu zaman qəsəbədə Rəşid(Həsənağa Turabov) adında varlı bir adam peyda olur. O, alverçiliklə topladığı böyük sərvəti eninə-uzununa xərcləməyə başlayır. Qoca öləndən sonra onun da bağını öz əlinə keçirmək üçün yollar axtarır. Bütün bunlar balaca Tahiri həm təəccübləndirir, həm də narazı salır. Elə bu Rəşidin təqsiri üzündən bağ qonşusu, yazıçı Kamilin(Vidadi Əliyev) də ailəsinə nifaq düşür. Amma qəsəbədə xeyirxah adamlar da az deyil. Balaca Tahir adamları bir-birindən seçməyə və onlara qiymət qoymağa başlayır...

Film haqqında
Film yazıçı Maqsud İbrahimbəyovun eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Ssenari müəllifi : Maqsud İbrahimbəyov
Quruluşçu rejissor : Şamil Mahmudbəyov
Quruluşçu operator : Arif Nərimanbəyov
Quruluşçu rəssam : Kamil Nəcəfzadə
Bəstəkar : Emin Sabitoğlu
Səs operatoru : Ağahüseyn Kərimov
Rejissor : Teyyub Məmmədov
Operator : Vaqif Muradov
Geyim rəssamı : Tatyana Əmirova
Qrim rəssamı : V. Arapov
Rejissor assistenti : M. Məmmədov, C. Məmmədov
Operator assistenti : A. Əliyev
Rəssam assistenti : F. Abbaszadə
İşıq Ustası : B. Kildyakov
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Babayev
Quraşdırılmış səhnələrin rəssamı : Mirzə Rəfiyev
Redaktor : Əhmədağa Qurbanov, Nadejda İsmayılova
Çalır : Ümumittifaq Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Filmin direktoru : Əli Məmmədov (III)
Mahnı İfa edən : Yalçın Rzazadə

Rollarda

Emin Qafarzadə-Tahir
Fikrət Məmmədov-Vasif
Həsənağa Turabov-Rəşid
Gülşən Qurbanova-Ədilə
Firəngiz Şərifova-Nənə
İsmayıl Osmanlı-Şahlar bəy
Vidadi Əliyev-Kamil
Sevil Rəsulova-Nailə
S. Süleymanova-Xanımana
Yaşar Nuri(Yaşar Nuriyev kimi)-Həkim
Rauf Qəniyev-Eldənizin qardaşı
V. Daşdəmirov
Eldəniz Rəsulov-Eldəniz
E. Mustafayev
Kamil Məhərrəmov-Müxərrəf
Dadaş Kazımov-Dadaş
Hamlet Xanızadə-Rəşidin qardaşlığı
D. Qədimov
Z. Talıbova
H. Sadıqzadə
Əliheydər Həsənzadə-Şahlar bəyin oğlu
A. Zeynalov
Sadıq Həsənzadə-Şahlar bəyin oğlu
Şahin Cəbrayılov-Nazim
Əhməd Əhmədov-Fəhlə

Filmi səsləndirənlər
Ramiz Əzizbəyli-Vasif (Fikrət Məmmədov) (titrlərdə yoxdur)
Səməndər Rzayev-Şahlar bəyin oğlu (titrlərdə yoxdur)
Elxan Ağahüseynoğlu-Milis işçisi (titrlərdə yoxdur)
Şahmar Ələkbərov-Kamil (Vidadi Əliyev) (titrlərdə yoxdur)
Əminə Yusifqızı-Ədilə (Gülşən Qurbanova) (titrlərdə yoxdur)


Tarix: 10.02.2013 / 18:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Filimler
loading...