Məzmun
Mənasız müharibə illərində Livanda yeni həyat tərzi yaranmışdır: nə kapitalist, nə sosialist sisteminə oxşamır. Bu, hərbi həyat tərzidir. Belə bir vaxtda ölümə, qarmaqarışıqlığa meyl nəticəsində livanlıların bütöv bir nəsli müharibə ab-havasında doğulmuş və böyümüşdür. Bu nəsil başqa həyatı təsəvvür etmir. Hər bir bayramda və ya ailə şənliyində xalq çalğı alətlərinin səslərinə avtomat atəşinin səsləri də adi bir şey kimi qarışır.
Filmdə hərbi həyat tərzində yaşamağa məhkum olmuş livanlılardan bəhs edilir.
Festivallar və mükafatlar
1)1988-ci ildə Moskvada keçirilən "Proloq-88" tələbə kinofestivalı
Film Baş Mükafata və tamaşaçı rəğbəti Prizinə layiq görülmüşdür.
Filmin heyəti
Film üzərində işləyənlər
Quruluşçu rejissor : Samir Xabşı
Ssenari müəllifi : Samir Xabşı
Quruluşçu operator : Qriqori Bulkot
Quruluşçu rəssam : Rafiq Nəsirov
Rollarda
Fəxrəddin Manafov
Liya Seyidova
Sabir Sultanov
Nuriyyə Əhmədova
Larisa Xələfova
Tarix: 15.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Filimler