Bakı quberniyası-Çar Rusiyası dönəmində Cənubi Qafqazda bölgə.1859-cu ildə yaranıb. Şamaxı zəlzələsi ilə əlaqədar olaraq quberniya mərkəzi Bakıya köcdü və adı dəyişilərək Bakı quberniyası adlandı.1860-cı ildə Dərbənd quberniyası ləgv olundu. Quba qəzası Bakı quberniyasının tərkibinə daxil olundu.Quberniyaya daxil olan qəzalar:
Bakı qəzası
Cavad qəzası
Göyçay qəzası
Quba qəzası
Lənkəran qəzası
Şamaxı qəzasıMündəricat
1 Qubernatorlar
2 Ərazi
3 Əhali
3.1 Milli tərkib
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər
Qubernatorlar
Konstantin Tarxanov-Mouravov, 1859–1863
Mixail Kolyubakin, 1863–1872
Dmitri Staroselski, 1872–1875
Valeri Pozen, 1875–1882
Justin von Huebsch Grostal, 1882–1888
Vladimir Rogge, 1888–1899
Dmitry Odintsov, 1899–1904
Mixail Nakaşidze, 1904–1905
Andrey Fadeyev, 1905
Vladimir Alişevski, 1905–1915
Lev Potulov, 1916–1917[1]
Ərazi
Qafqaz regionunun baş xəritəsi, 1858-ci il
Qafqaz regionunun ətraflı xəritəsi, 1869-cu il
10 aprel 1840-cı ildə yaradılan Kaspi vilayəti 14 dekabr 1846-cı ildə ləğv edildi, Quba və Dərbənd qəzaları və yeni işğal olunmuş digər Dağıstan əraziləri ilə birlikdə Dərbənd quberniyası yaradıldı. Quba və Dərbənd qəzalarından başqa Kaspi vilayətinin tərkibinə daxil olan digər qəzaları əhatə edən Şamaxı quberniyası təşkil edildi. 1859-cu ildə adı dəyişdirilərək Bakı quberniyası adlandırılmışdır. 5 aprel 1860-cı ildə Dərbənd quberniyası ləğv edildi onun tərkibinə daxil olan Quba qəzası Bakı quberniyasına qaytarıldı, Dərbənd quberniyasının mərkəzi olan Dərbənd şəhəri və onun inzibati mərkəz olduğu Dərbənd qəzası yeni yaradılan Dağıstan vilayətinin tərkibinə daxil edildi, Dərbənd şəhəri 1966-cı ilədək Dağıstan vilayətinin inzibati mərkəzi oldu. Bakı quberniyası 19 fevral 1868-ci il tarixinədək 57,696 kvadrat verst idi. Qeyd edilən tarixdə Yelizavetpol quberniyasının yaradılarkən Nuxa və Şuşa qəzaları Bakı quberniyasının tərkibindən çıxardılaraq Yelizavetpol quberniyası tərkibinə daxil edildi. Beləliklə Bakı quberniyası ərazisi azalaraq 34,286 kvadrat verst oldu.
Əhali
Milli tərkib
1859-1864-ci il tarixinə Bakı quberniyası əhalisinin milli tərkibi[2]Etnik qrupBakı q.Cavad q.Göyçay q.Şamaxı q.Lənkəran q.Quba q.Toplam
azərbaycan tatarı5 40149 92549 80435 03135 03535 047210 223
tat33 834......9 709...39 51683 059
talış............34 344...34 344
kürəli...............28 64128 641
erməni.........18 183...52818 711
rus...2521286 5335 53415712 604
yəhudi.........1 065......1 065
haputlu.........659......659
cekli...............9 7679 767
buduqlu...............3 4203 420
xınalıq...............2 3152 315
milliyyəti göstərilmədən12 21710 78912125 1434 34510 85463 469
toplam51 45260 96650 05396 30379 258130 245468 277
1880-ci il tarixinə Bakı quberniyası əhalisinin milli tərkibi[3]Etnik qrupSayıNisbəti
azərbaycan tatarı304 04956,22%
tat79 11214,63%
talış42 9997,95%
kürəli42 2437,81%
erməni27 7915,14%
rus18 2293,37%
yəhudi6 4151,19%
fars5 9411,1%
cekli (haputlu daxil)5 6351,04%
qrız4 7951,55%*
xınalıq2 196*
bilinməyən658*
yekun540 773100%
Qeyd: 1880-ci ilin əvvəlinə olan 540,773 nəfər əhalinin 11,556 nəfəri Bakı quberniyasında 1879-cu ildə məskunlaşmışdır.[3] Onlardan 5,941 nəfərini farslar, 4,121 nəfərini kürəlilər, 740 nəfərini azərbaycan tatarları, 664 nəfərini ermənilər, 92 nəfərini yəhudilər, 28 nəfərini isə ruslar təşkil edirdilər
Tarix: 05.03.2013 / 13:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 448 Bölmə: Dunya ve tarixi