Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəmgin olanda edilən dua

(1)- (لاَ إِلَهَ إِلاَّ اللهُ الْعَظِيمُ الْحَلِيمُ ، لاَ إِلَهَ إِلاَّ اللهُ رَبُّ الْعَرْشِ الْعَظِيمُ ، لاَ إِلَهَ إِلاَّ اللهُ رَبُّ السَّمَوَاتِ وَرَبُّ اْلأَرْضِ وَرَبُّ الْعَرْشِ الْكَرِيمُ )
«Lə iləhə illə-l-lahu-l-azımu-l-həlim, lə iləhə illə-l-lahu rabbu-l-arşi-l-azım, lə iləhə illə-l-lah rabbu-s-səməvati va rabbu-l-ardı va rabbu-l-arşi-l-kərim» (Allah¬dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Əzəmətli, Mülayim Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Əzəmətli ərşin Rəbbi Allahdan başqa iba¬dətə və itaətə layiq haqq məbud yoxdur. Səmaların Rəbbi və yerin Rəbbi, və nəcib ərşin Rəbbi)

(2)- ( اللَّهُمَّ رَحْمَتَكَ أَرْجُو، فَلاَ تَكِلْنيِ إِلىَ نَفْسِي طَرْفَةَ عَيْنٍ، وَأَصْلِحْ ليِ شَأْنِي كُلَّهُ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ )
«Allahummə rahmətəkə ərcu fələ təkilni ilə nəfsi tarfətə ayn va aslıh li şəni kulləhu, lə iləhə illə ənt»
(Allahım, Sənin rəhmətini diləyirəm. Məni bir an da olsa öz ixtiyarıma buraxma, bütün işlərimi sahmana sal. Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur).

(3)- ( لاَ إِلَهَ إِلاَّ أَنْتَ ، سُبْحَانَكَ ، إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ )
«Lə iləhə illə ənt subhanəkə inni kuntu minə-z-zalimin»
(Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Pak və nöqsansızsan. Həqiqətən, mən zalımlardan olmuşdum).

(4)- ( اللهُ اللهُ رَبِّي، لاَ أُشْرِكُ بِهِ شَيْئًا )
«Allahu Allahu rabbi, lə uşriku bihi şeyən»
(Allah, Allah mənim Rəbbim! İbadətimdə və itaətimdə Ona heç nəyi şərik qoşmuram).

(1) əl-Buxari, 7/154; Müslim, 4/2092.
(2) Əbu Davud, 4/324; Əhməd, 5/42; əl-Əlbani və Əbdülqadir əl-Arnaut bunu yaxşı hədis hesab etmişlər.
(3) ət-Tirmizi, 5/529 və əl-Hakim. O, bu hədisin səhih olduğunu demiş, əz-Zəhəbi də onunla razı olduğunu bildirmişdir (1/505). Həmç. bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/168.
(4) Əbu Davud, 2/87. həmç. bax: İbn Macə, dəqiq. nəşri, 2/335.


Tarix: 07.05.2013 / 21:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 169 Bölmə: Dualar
loading...