Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

aforizmlər.......

Nankor insan hər şeyin qiymətini bilən, lakin dəyərini verməyəndir. O.Wilde Yoxuşda axmayan tər enişdə göz yaşı olar.
Həqiqi sevən ürəkdə ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür. Dostoevski
Insanların özlərinə edə biləcəkləri ən böyük pislik, həyatlarını başqalarının ardına taxıb sürümələridir.
Ağılla danışmaq çətindir, ağılla susmaq isə ondan da çətindir.
Susma, vicdan! Sən sussan, sözüm yalan, sən sussan insanlığım talan, sən sussan sonum hüsran ,sən sussan danışar Şeytan.
Hər istək qarşısında insan özünə sual etməlidir :bu istək əldə edilərsə nə olar, əldə edilməzsə nə olar. Epikür
Yüngül iztirablar danışa bilər, amma dərin iztirablar dilsizdir. Seneka
Uçmağı bacarmırsansa, uçurumun qırağında yuva qurma. Nitsşe
Yalnızlıq şərab kimidir,içdikcə ondan ayrılmaq çətinləşir.
Bəndənin qəlbi möhkəmlənməyincə imanı möhkəmlənməz. Onun qəlbi isə dili möhkəm olmayınca möhkəmlənməz. Hz. Peyğəmbər (s. a. s)
Bizim ümidlərimizi doğrultmayan insanlardan incimək lazım deyil.Onlardan bacardıqlarından artığını umduğumuz üçün özümüz günahkarıq.
Bir insan həm ağıllı həm də, həssasdırsa deməli onun dünya qədər dərdi var.
Təvazökarlığı alçalmaq dərəcəsinə çatdırmaqdan çəkinin. A.Bakıxanov
Qadının taleyini onun 'hə' kəliməsi, kişinin taleyini onun 'yox' kəliməsi həll edir.
Ən böyük cəsarət özün kimi olmaqdır.
Həyatda xoşbəxtlik axtarma.Xoşbəxtliyə həyat ver.
Bir şeyi etmək üçün onu sevməlisiniz.Bir şeyi sevmək üçün ona dəlicəsinə inanmalısınız.
Heç bir xəta xətanı müdafiə etməkdən böyük ola bilməz. Şeytanı şeytan edən xətası deyil, xətasını müdafiə etməsi idi.
Verə bildiyin şey sənindir. Çünki insan ancaq sahibi olduğu şeyi verə bilər. Əgər verə bilmirsənsə sən malın deyil, mal sənin sahibindir.


Tarix: 10.12.2014 / 12:21 Müəllif: Aziza Baxılıb: 270 Bölmə: Dahilerin sözleri
loading...