Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tənhalıq Və Ayrılıq Haqqında Aforizmlər

TƏNHALIQ


Mən tək olan zaman fikirlərimin hər biri yanımda bir adam olur..(Bəxiyar Vahabzadə)

İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar.. (İsaak Nyuton)

Yol yoldaşın sənə tay deyilsə,üstəlik, nadandırsa, onda yola tək çıxmağın yaxşıdır.. (Françesko Dürante)

Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır: yoxsa məhv olarsınız.. (Ernest Heminquey)

Bu dünyad insanı tənhalıq hsissi qədər əzən ikinci bir şey yoxdur..(Naməlum)

Tənhalıq insanı xubin və bədbəxt edir.. (Robert Şerif)

Bəzən izdihamların içində belə təkbaşına qaldığımız vaxtlardan daha tənha oluruq.. (Peyami Səfa)

Həqiqi dostu olmamaq tənhalığın ən pisidir.. (Frensis Bekon)

Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızıdır.. (Jorj Sand)

Özünü tənha hiss edən insan üçün hər yer çöl-biyabandır.. (Anton Pavloviç Çexov)

Əslində, tənha ikən tənha olmuram.. (İohann Kristof Fridrix Şiller)

AYRILIQ


Könlümü hansı gecə ayrılığın qan etməz?

Hansı çarən bu sınıq qəlbimi nalan etməz?

Bir gün olmaz ki sənin möhnəti-eşqin,gözəlim,

Qəlbim atəşkədə, göz yaşımı ümman etməz.. (Fələki Şirvani)

Bir neçə gün hicran dağıyla tək qalsan, ayrılıqdan sonra xoş olar vüsal.. (Nizami Gəncəvi)

Bütün dünyanı gəzib-dolaşdım, ayrılıq kimi dərd görmədim.. (Aşıq Veysəl)

Ayrılıq hər məhəbbət şeirinin son misrasıdır.. (Cənab Şəhabəddin)

Cahanda zalımlıqları ilə məşhur olan Şəddad və Nəmrudun belə etmədiyi zülmü mənə ayrılıq etdi.. (İmadəddin Nəsimi)

Ayrılıq dərdindən o qədər zəiflədim ki, nəqqaşlar belə surətimi xəyallarına gətirə bilməzlər.. (İmadəddin Nəsimi)

Ayrılıq dəmi gəldiyini” həqiqət kimi yox, bir söz olaraq söylədim.. (Şəms Təbrizi)

Bu dünyadakı nemət və ləzzətləri istədiyin qədər sevsən, onlara istədiyin qədər möhkəm bağlansan, ayrılıq əzabın da sevgi qədər böyük olacaq.. (Muhəmməd Qəzzali)

Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı, dərdlərimi ona anladım.. (Cəlaləddin Rumi)

Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur.Balıq olanın canı dənizdir.Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətini çəkər.. (Cəlaləddin Rumi)

Ayrılığı ölümlə eyni tərəziyə qoydular, əlli dirhəm artıq gəldi.. (Naməlum)

İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrılıqlarına yaxın olan vaxtdır.. (Fyodor Mixayloviç Dostoyevski)

Ayrılığın səfasındansa vüsalın kədəri daha yaxşıdır.. (Yəhya ibn Muaz)

Ayrılıq eşqi kəskinləşdirir, vüsal isə daha da gücləndirir.. (Tomas Fuller)

Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr.. (Cəlaləddin Rumi)

Külək atəş üçün necədirsə,ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə alovlandırır.. (Cəlaləddin Rumi)

Ayrılıq sevginin məlhəmi olduğu kimi, qəzəbi də, kini də azaldır.. (Jan de Lafonten)

Hər birini görməyin dadı başqa, ayrılıb-qovuşmağın dadı başqadır.. (Mişel de Monten)

Sevdiyimiz,yanımızdan ayırmaq istəmədiyimiz elə bir şey yoxdur ki, bir gün ya onlar bizdən, ya da biz onlardan ayrılmayaq.. (Naməlum)

Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir.. (Artur Şopenhauer)

Yarla həmdəm olmayan hicrandaki əzabı bilməz.. (Əbdülfəttah Şahin)

Ayrılıq olmasaydı, heç kəs bir-birini bu qədər sevməzdi.. (Naməlum)

Budur fərqi,könül,məhşər günün ruzi-hicrandan,

Kim,ol can döndərər cismə, bu cismi ayırar candan.. (Məhəmməd Füzuli)

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

Oyadar xəlqi əfqanım,qara bəxtim oyanmazmı?..(Məhəmməd Füzuli).


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 350 Bölmə: Dahilerin sözleri
loading...