Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərif haqqında aforizmlər

Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır. ( Platon)
Pis əməl sahibi təriflənəndə ərş titrəyər, Allah qəzəblənər. ( Hz.Əli ə.s. )

Qızıl və brilyantda olduğu kimi, tərifin dəyəri də az olmasındadır. ( Samuel Conson: İngilis şairi )

Bizi nə qədər tərifləsələr də, özümüz haqqında bizə yeni bir şey öyrətmiş olmazlar. ( Fransua de Laroşfuko: Fransız yazıçısı )

tərif və yaltaqlıq



Əgər insanların sənin haqqında yaxşı düşünməklərini istəyirsənsə, özün haqda çox danışma. ( Blez Paskal )

Hamını tərifləyən insan, əslində, heç kəsi tərifləmir. ( Naməlum )

İnsanlar sizdən onları tənqid etməyinizi istəsələr də, əslində, istədikləri onları tərifləməyinizdir. ( Somerset Moqam: İngilis yazıçısı )

Qəhrəmanlıqlarından davamlı olaraq danışan qəhrəmanlar, nəhayət, qorxaqları belə bezdirir. ( Ralf Valdo Emerson: Amerika filosofu )

Tərif - ondan zövq alanları korlamaqdan başqa bir işə yaramaz. ( Jan Jak Russo: Fransız filosofu )

Tərifin ən yaxşısı yaxşı insanların söylədikləri tərifdir. ( Beydəba: Qədim Hind filosofu )


Tarix: 10.12.2014 / 12:13 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Dahilerin sözleri
loading...