Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablara Girən Unudulmaz Sözlər

Fateh Sultan Mehmet
İmkan sərhədini görmək üçün imkansızı sınamaq lazım. (Gəmilərin qurudan icra ediləcəyini söyləyərkən)

Benjamin Franklin
Dişlərinin arasında olmasına baxmayaraq bəzən öz dilinə belə hakim ola bilmirsənsə, başqalarının söylədiklərini vacib saymamalısan.

Mövlana
Gözyaşının belə vəzifəsi varmış; ardından gələcək gülümsəmə üçün təmizlik edərmiş.

Bukowski
Getdiyində ağlayarsan, mahnılarda, filmlərdə, ona-buna, hər şeyə ağlayarsan. Ağlın başına gələndə də boşa xərclədiyin zamana ağlayarsan.

Əli Şəriəti
Oxuyun, deyir oxuyun. Çünki mürəkkəbin axmadığı yerdə qan axır.

Molla Nəsrəddin
Molladan soruşmuşlar:
"Kimsən?"
"Heç" demiş Molla, "Heç kimsəyəm."
Dodaq büküb əhəmiyyət vermədiklərini görüncə, soruşmuş Molla:
... "Sən kimsən?"
"Mutasarrıfı" demiş adam kabara kabara.
"Sonra nə olacaqsan?" Deyə soruşmuş Molla Nəsrəddin.
"Hər halda vali olaram" deyə cavablandırmış adam.
"Daha sonra?" Deyə soruşmuş Molla.
"Vəzir" demiş adam.
"Daha sonra nə olacaqsan?"
"Bir ehtimal sədrəzəm ola bilərəm."
"Yaxşı, ondan sonra?"
Artıq mövqe qalmadığı üçün adam boynunu büküb son mövqesini söyləmiş:
"Heç."
"Daha niyə qabarırsan, ay adam. Mən indidən sənin illər sonra gələ biləcəyi məqamdayam: "Heçlik mövqesində!"

Qanuni Sultan Süleyman
Mən ölüncə bir əlimi tabutumun xaricinə atın. İnsanlar görsünlər ki, padşah olan Qanuni belə bu dünyadan əli boş getmişdir.

Şəms-i Təbrizi
Başına nə gəlirsə gəlsin, pessimizmə qapılma. Bütün qapılar bağlansa belə, sonunda O sənə kimsənin bilmədiyi gizli bir cığır açır. Sən bu anda görməsən də, dar keçidlər arxasında nə qədər cənnət bağçaları var. Şükr et! İstədiyini əldə edincə şükr etmək asandır. Sufi, diləyi reallaşmadığında də şükr edə biləndir

Montaigne
Əslində insanlar sənin xəyallarını puç etmir. Yalnız sən, səhv insanlar üzərində xəyal qurursan.

N. Parra
Torpaq bir gün yağışın qiymətini anlayacaq, lakin o gün yağış yağmayacaq.

Dostoyevski
Sevmək; gözəl birində eşqi axtarmaq deyil. O adamda, bilmədiyin bir zamanın gözlənilməz bir anında, 'özünü tapmaqdır'.

Tolstoy
İnsanlar çox dəyişdi; diqqət etmək lazımdır. Bir ilə əlinlə salamlaşdıqdan sonra, beşi də yerindəmi deyə barmaqlarını saymaq məcburiyyətindəsən.

Mark Twain
Hər zaman doğrunu söylə; nə dediyini xatırlamaq məcburiyyətində qalmazsan.

W. SHAKESPEARE
Biz gülə başqa bir şey desəydim də o yenə gözəl qoxacaqdı!

Abraham Lincoln
Mənə oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız cavab verim: anamdır.

Marquez
Getmə zamanı gəlmişsə 'dayan' demənin; vaxt keçmişsə 'qayıt' deməyin və eşq bitmişsə 'yenidən' demənin; heç bir mənası yoxdur.

Xəlil Cibran
Bir gün, gözəllik və çirkinlik bir dəniz sahilində qarşılaşdılar və dedilər, 'haydi dənizə girək.' Geyimlərini çıxardıb suda üzdülər. Bir müddət sonra, çirkinlik sahilə dönüb, gözəlliyin geyimlərinə büründü və yoluna getdi. Gözəllik də dənizdən çıxdı, öz geyimlərini tapa bilmədi, amma çılpaq olmaq utandırıyordu onu, çarəsiz çirkinliyin ... geyimlərinə büründü və yoluna davam etdi gözəllik. O gün bu gündür, kişilər və qadınlar onları bir-birinə qarışdırar. Ancaq içlərindən gözəlliyin üzünü əvvəldən görmüş kimiləri vardır ki, geyimlərinə baxmadan tanıyarlar onu. Və yenə çirkinliyin üzünü bilən kimiləri vardır ki, gözlərindən tanıyarlar çirkinliyi.

Murathan Mungan
Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə, bütün həyatını izah etmək istəyərsən.

Özdemir Asaf
Yanına qədər qaçdıqdan sonra, bir addım daha ata bilməyəcəksənsə əgər; oraya qədər əsla qaçma. Sənə deyil, gözləyənlərə təəssüf olar.

Oscar Wilde
Nə qədər çox adam mənimlə eyni fikirdədirsə, o qədər çox yanıldığımı düşünərəm.

Əflatun
Bir insanın ağıllı olmasına bir şey dediyimiz. Yetər ki; ağılını başqalarına qəbul etdirməyə çalışmasın.

Victor Hugo
Qadını gözəl edən Allah, sevimli edən şeytandır.

Alphonse Karr
Hər kəsin üç şəxsiyyəti vardır; Ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı.

Bertolt Brecht
Böyük sıçrayışı reallaşdırmaq istəyən, bir neçə addım geriyə getmək məcburiyyətindədir. Bu gün sabaha dünənlə bəslənərək yol götürər.

Whoopi Goldberg
Cəhalətlə dahilik arasındakı gerçək fərq nədir bilirsinizmi? Dahiliyin sərhədləri var, cəhalətinsə heç bir sərhədi yoxdur.

Herman Melville
Hər şeyi sınayaram; amma edə bildiklərimi edərəm.

Pestalozzi
Həyatımdan əldə etdiyim ən böyük məlumat budur; Öz-özünə kömək etməyi bilməyənə, heç kim kömək etməz.

S. M. Power
Yuxuları reallaşdırmanın ən yaxşı yolu oyanmaqdır.

Tagore
Boş zaman yoxdur, boşa keçən zaman vardır.

Wendell Phillips
Düzgünlük sonsuzluğun günəşidir. Necə olsa doğular.


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 404 Bölmə: Dahilerin sözleri
loading...