İnsanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur,
Düşünməkdən qorxur - məsuliyyət hiss etdiyi üçün,
Danışmaqdan qorxur - tənqid edilməkdən qorxduğu üçün,
Qocalmaqdan qorxur - gəncliyinin qiymətini bilmədiyi üçün,
Unudulmaqdan qorxur - dünyaya bir şey vermədiyi üçün,
Ölməkdən qorxur - yaşamağı bacarmadığı üçün. ( Uilyam Şekspir )
Bizim qorxularımız düşmənlər üçün cəsarət mənbəyidir. ( Tomas Mann: Alman yazıçısı )
Hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə hörmət olmaz. (Platon: Yunan filosofu )
Təhlükə qüdrəti imtahan edir. ( Muhəmməd İqbal: Hindistan mütəfəkkiri )
Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür. (Bernard Şou)
Təhlükə qorxusu təhlükənin özündən min dəfə qorxuludur. (Daniel Defo: İngilis yazıçısı)
Tarix: 10.12.2014 / 12:20 Müəllif: Aziza Baxılıb: 71 Bölmə: Dahilerin sözleri