Kədərlənmə ki, daha səni sevən yoxdur.
Sevin ki, daha səni aldadan yoxdur! Asif Ata
Bir saatlıq ədalətin xeyri il boyu ibadətin xeyrindən çoxdur.C.M.Dəvani
Əsl xeyirxah elədiyi yaxşılıqa muzd almaz.Demokrit
İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək;
Haram,Qeybət,kin,paxıllıq,tamah,
Kibr,Riya,həsəd,ədavət,kələk.Ə.Xəqani
Ümidsizlik zəiflərə məxsusdur.Ümidsizlərə inanmayın,onlar həmişə gücsüzdürlər.Q.Flober
Sadəlik ən gözəl yox,həm də ən vacib keyfiyyətdir.T.Fontane
Səbr etməyi bacaran adam istədiyi hər bir şeyə nail ola bilər.B.Franklin
Gəmi sükana tabe olmadıqda,sualtı qayalara tabe olur.A.Frans
Ehtiyac saatlarını unut,lakin onun sənə öyrətdiklərini yaddan çıxarma.S.Hesner
İncidib,”Bağışla”,söyləmə əbəs,
Çətin bağışlayar incitdiyin kəs.N.Xosrov
Namus həyatdan qiymətlidir.İ.F.Şiller
Ehtirasına qul olan düşmənini sevindirər.Ərəb atalar sözü
Kamillik yalnız biliyin dərinliyində,hisslərin zənginliyində deyil,eyni zamanda iradənin qüvvəsindədir.Aristotel
Məhəbbətin həqiqi mahiyyəti ondan ibarətdir ki,öz-özünü düşünməkdən əl çəkəsən,özünü başqa “mən”də tapasan,yenidən özünü tapasan və öz-özünə malik olasan.V.F.Hegel
Öz həyatını qaydaya salmağa tələsməyən adam çayın kənarında dayanıb onun bütün suyunun axıb getməsini gözləyən sadəlövhə bənzər.F.Horatsi
Üç dərdə çarə yoxdur;tənbəllikdən doğan yoxsulluqa,həsəddən doğan düşmənçiliyə,qocalıqdan doğan xəstəliyə.Ərəb atalar sözü
Səhvlərinizi aşkar edən düşmən,onları ört-bastır edən dostdan yaxşıdır.Leanordo da Vinçi
Vaxt həyatın vicdanıdır,itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq həyəcanlandırmalıdır.Y.V.Çəmənzəminli
Güclü – qəhqəhə çəkir,zəif şikayətlənir.Monqol atalar sözü
Birnci badə yanğı,ikinci şadlıq,üçüncü zövq,dördüncü dəlilik gətirir.Anaxarsis
Varlanmaq istəyirsən – qənaətcil ol,şöhrətlənmək istəyirsənsə səxavətli ol!İndoneziya atalar sözü
Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 254 Bölmə: Dahilerin sözleri