Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gulmeyimin Sebebi...

Amerikada bir adam lotodan bir milyon dollar qazanır. Avtomobilinə gedərkən bir qadın qızının çox ağır, ölümcül bir xəstəliyə tutulduğunu və beş yüz min dollar tapa bilməzsə sabah qızının öləcəyini söyləyir. Adam heç düşünmədən pulunun beş yüz min dollarını verir.
Sabahısı gün bu hadisəyə şahid olan biri, adama o pulu verdiyi qadının bir fırıldaqçı olduğunu və onu aldatdığını söyləyir. (adam həqiqətən də aldadılıb)
Buna baxmayaraq pul udan adam yalnız gülür. Xəbəri verən çaş-baş qalır və təəccüblə soruşur:
-Necə yəni, qadın səni aldatdı heçmi kədərlənmədin?
Adam cavab verir:
-Mənim gülməyimin səbəbi sabah öləcək bir qızın olmamasıdır.


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 130 Bölmə: Dahilerin sözleri
loading...