Sinif səs-küydən dağılarkən, bir sərt görünüşlü müəllim içəri girir, sinfə bir qaşqabaqlı baxış keçirib kürsüyə keçir. Təbaşirlə lövhəyə " 1 " rəqəmini yazır.
— " Baxın " — deyir: «Bu insanlıqdır. Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey. „
Sonra “ 1 » in yanına " 0 " rəqəmini yazır: " Bu uğurdur. Uğur qazanmış insan 1-i 10 edir. "
Bir " 0 " da artırır. " Bu təcrübədir. 10 olduğunuz vaxt 100ə qaldırar sizi "
Beləliklə " 0 " lar uzanıb gedir. «Bacarıq… Ciddiyyet… Sevgi… „
Əlavə olunan hər “ 0 » ın insanı 10 dəfə daha artıq zənginləşdirdiyini uşaqlara izah edir. Sonra əlinə silgini alır və ən başdakı " 1 " i silir. Demək istədiyi son fikri də uşaqlara çatdırır.
" İNSANLIĞINIZ YOXDURSA, O BİRİLƏR HEÇ BİR MƏNA VERMƏZ!
Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Dahilerin sözleri