Gənc birisi yaşlı qarı-qocanın evində qonaq olur. 75 yaşlı kişi yoldaşından 1 stəkan daha çay istəyərkən “Çiçəyim, bir stəkan da çay gətir” deyir. Sonra da “Şəkərsiz olsun gülüm” deyə əlavə edir. 65 yaşlı yoldaşının gətirdiyi pürrəngi çayı əlinə aldıqda isə “Mələyim, sənə də əziyyət oldu” deyir.
Gənc, yaşlı qocanın öz yoldaşına dediyi bu cür sevgi sözlərindən çox təsirlənir və qocadan soruşur:
- Dayı, neçə ildir evlisiniz?
Yaşlı amma sakit qoca “40 ildir” deyə cavab verir. Gənc:
- Maşallah dayı. Allah mehriban eləsin sizi. Bayaqdan fikir verirəm, ona yalnız çiçəyim, gülüm, mələyim deyə müraciət edirsən.
Bu an qocanın yanaqları qızarmış həyat yoldaşı “Bəli, neçə vaxtdır mənə yalnız belə müraciət edir” deyir və mətbəxə doğru gedir. Qoca gəncin qulağına doğru əyilərək astadan belə deyir:
- Susssss, bildirmə. 2 il əvvəl adını unutmuşam. Hələ də xatırlamıram.
Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 149 Bölmə: Dahilerin sözleri